Accessibility links

Reza Zərrab Türkiyə korrupsiyasının "daxili hekayə"sini açacaq


İran əsilli türkiyəli qızıl taciri Reza Zərrab beynəlxalq korrupsiya qalmaqalının mərkəzində yer alır. Onun Nyu-York məhkəməsinə Amerikanın sanksiyalarından boyun qaçırılmasına dair “daxili hekayəni” söyləyəcəyi gözlənilir. Prokurorluğun bildirdiyinə görə, Türkiyə hökumətinin sanksiyalardan ən yüksək səviyyədə yan keçib.

Atilla və onun yalanları İrana ABŞ dolları və ABŞ banklarına yol açıb. İrana əsgərlər deyil, bankir lazım idi.

Bloomberg dərgisi məlumat verir ki,ABŞ hökumətinin Türkiyənin Xalq Bankının icraçı direktorunun müavini Mehmet Hakan Atillanın mühakiməsində ulduz şahidi Zərrabdır. O, günahkar olduğunu etiraf etdikdən sonra məhkəmədə şahid kimi dindirilə bilər.

ABŞ Manhattan sahə hakimi Riçard Berman noyabrın 27-də andlılara bildirib ki, 47 yaşlı Atilla bu məhkəmədə mühakimə edilən yeganə şəxs olacaq.

"Atilla və onun yalanları İrana ABŞ dolları və ABŞ banklarına yol açıb. İrana əsgərlər deyil, bankir lazım idi," ABŞ prokurorunun yardımçısı Devid Uilyam Denton andlılara bildirib.

Reza Zərrab xanımı pop ulduzu Ebru Gündeşlə
Reza Zərrab xanımı pop ulduzu Ebru Gündeşlə

Bloomberg dərgsinin yazdığına görə, 34 yaşlı Zərrabın əməkdaşlığının onun iki aylıq istintaqın ardınca məhkəmədə görünməməsinə dair şübhələrə aydınlıq gətirib. Türkiyənin baş naziri belə bir nəticəyə gəlib ki, iranlı tacir ABŞ hakimiyyət orqanları ilə sövdələşməyə daxil olub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mühakiməni ölkəsinə qarşı qəsd adlandırıb.

2016-cı ildə Amerikada həbs ediləndən bəri Zərrab Nyu-Yorkun ən ağır rejimli həbsxanasında saxlanılırdı. Onun işi ilə bağlı məlumatı olan iki şəxs Zərrabın nəzarətdə olduğunu, lakin həbsxanada saxlanmadığını deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG