Accessibility links

Rza Zərrabın məhkəmə işi Ərdoğan hökumətini narahat edir


Rza Zərrab, İran mənşəli biznesmen
Rza Zərrab, İran mənşəli biznesmen

Diplomatik ədavət ABŞ və Türkiyə arasında səfərlərin əksəriyyətinin dayandırılması təhlükəsi yaradıb. Dövlət Departamenti Türkiyənin səfirlik əməkdaşının saxlanılmasını, üçüncüsünün isə sorğu-suala tutulmasını qınayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfirliyinin saxlanılan əməkdaşlarını casusluqda ittiham edib. Ərdoğan ABŞ-ın daha öncə vizaların verilməsinin dayandırılması ilə bağlı bildirişində yazılan sözləri olduğu kimi təkrar edərək Türkiyə vizaları ilə bağlı oxşar sərancam yazıb.

“Mən düşünürəm ki, daxildə ciddi anti-amerika əhval-ruhiyyəsi var. O da bundan istifadə edir.”

Mən düşünürəm ki, daxilidə ciddi anti-amerika əhval-ruhiyyəsi var. O da bundan istifadə edir.

ABŞ-la Türkiyə arasında viza qadağasının tətbiqindən sonra yaranan gərginlik İran azərbaycanlısı Rza Zərrabın Nyu-York məhkəməsi öncəsinə təsadüf edir.

Rza Zərrab 2016-cı ildə Amerikanın Florida ştatına səyahət edərkən həbs olunub. Biznesmen kimi tanınan Zərraba qarşı embarqo dövründə İran bankları ilə qeyri-qanuni əməliyyatlara dair ittihamlar irəli sürülüb.

Rza Zərrab İran hökuməti və biznesləri adından milyonlarla dollarlıq köçürmə əməliyyatlarında iştirak edib.

ABŞ prokurorluğu əməliyyatlarda Türkiyənin Dövlət Bankının işçisi və sabiq nazirin də əli olduğunu bildirib.

"Bir tərəfdən bankımın heç bir cinayət törətməyən menecer müavinini həbs edib, digər tərəfdən mənim vətəndaşım Zərrabı heç bir cinayət olmadan etirafçı kimi iki ildir həbsdə saxlayır," Ərdoğan bildirib.

Ərdoğanın hakimiyyəti dönəmində Türkiyə ilə ABŞ arasındakı münasibətlər pisləşib.
Ərdoğanın hakimiyyəti dönəmində Türkiyə ilə ABŞ arasındakı münasibətlər pisləşib.

2013-cü ilin dekabr ayında Ərdoğan hökuməti Zərrabın işini aparan prokurorlar tərəfindən demək olar ki, devrilmişdi. Prokurorlar onun yaxın ətrafındakı nazirləri və hətta prezidentin ailə üzvlərininə qarşı da ittihamlar irəli sürmüşdü.

Lakin istintaq bağlanmış, prokurorlar isə Fətullah Gülen tərəfdarı kimi həbs edilmilər.

Ərdoğan o zaman bunu çevrilişə cəhd kimi qələmə vermişdi.

Bir tərəfdən bankımın heç bir cinayət törətməyən menecer müavinini həbs edib, digər tərəfdən mənim vətəndaşım Zərrabı heç bir cinayət olmadan etirafçı kimi iki ildir həbsdə saxlayır.

Hökumətyönümlü media yazır ki, Zərrabın məhkəməsi başlamaq ərəfəsində Ankaranın Gülenin ekstradisiya tətəbi hələ də cavabsız qalıb.

Zərrabın məhkəməsi noyabrda işinə başlayacaq. Məhkəmə onsuz da gərgin münasibətlərə potensial təhlükəsi törədir.

Təhlilçilər hesab edir ki, Ankara rəsmi Vaşinqtonun məhkəmə qanadı üzərində nüfuzunun məhdud olduğunu dərk etmir. ABŞ-da ədliyyə sisteminin müstəqilliyini önə çəkən analitiklər hökumətin məhkəməyə təsir göstərməsinin qeyri-mümkünlüyünü bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG