Urumçi və İstanbul arasında yaşayan xalqların danışdıqları dillərdə oxşarlıq olsa da, onların tarixləri və mədəniyyətləri mühüm dərəcədə seçilir. 1920-ci illərdə Sovet etnoqrafları tərəfindən çəkilən sərhədlər mövcud olan coğrafi müxtəlifliyi əks etdirə bilməz. Düşünürəm ki, üzərinizə götürdüyünüz iyirminci əsrdə pozulmuş mədəni əlaqələrin bərpası işi çox nəcib bir işdir. Bu barədə ABŞ Dövlət katibinin Cənub və Mərkəzi Asiya Məsələləri üzrə köməkçisi Riçard Hoqland Türkdilli Dövlətlər-Amerika Alyansının Türkdilli Dövlətlər - Amerika Konvensiyası 5-ci illik toplantısındakı çıxışında bildirib.
1920-ci illərdə Sovet etnoqrafları tərəfindən çəkilən sərhədlər mövcud olan coğrafi müxtəlifliyi əks etdirə bilməz.
O bir neçə həftə öncə Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkil etdiyi diplomatik seminarda iştirakını xatırladıb. Bu seminara Türkiyənin, Qafqaz dövlətlərinin, Əfqanıstan və Mərkəzi Asiya dövlətlərinin səfirləri dəvət olunmuşdur. Hər bir iştirakçının Asiya və Avropa arasında ticarətin genişləndirilməsinə dair həvəsləndirici fikirləri var idi.
“Şərq və Qərb arasında ticarət əlaqələrinin güclənməsi ABŞ-ın Mərkəzi və Cənub Asiya arasında ticarəti genişləndirən Yeni İpək Yolu təşəbbüsünün vacib komponentidir. Yeni İpək Yolu təşəbbüsü ilə tanış olmayanlar üçün qeyd edim ki, bu bizim Əfqanıstan da daxil olmaqla, Mərkəzi Asiya dövlətləri qlobal kommersiyanın bir hissəsinə çevirən uzun müddətli strategiyamızdır. Təəssüf ki, dünya kommersiyasının yalnız 6 faizini əhatə edən Mərkəzi Asiya iqtisadi inteqrasiya baxımından ən zəif inkişaf edən bölgələrindən biridir”.
Riçard Hoqland eyni zamanda deyib ki, qismən Yeni İpək Yolu təşəbbüsü sayəsində müəyyən irəliləyiş mövcuddur.
2011-ci ildən bölgə daxili malların nəqlində isə 15 faiz artım olmuşdur.
“2009-cu ildən bəri Mərkəzi Asiyanın bölgə daxili ticarəti 49 faiz artmışdır. 2011-ci ildən bölgə daxili malların nəqlində isə 15 faiz artım olmuşdur. Bunlar yaxşı göstəricilərdir, lakin bundan da çox işlər görülə bilər.
Dövlət katibinin köməkçisinin fikrincə, Yeni İpək Yolu təşəbbüsü dörd sütun üzərində qərarlaşıb.
“Onların birincisi bölgədə enerji şəbəkəsinin yaradılmasıdır. Bölgə enerji ehtiyatlarından zəngin olmasına baxmayaraq burada müəyyən dövlətlərin enerji çatışmamazlıqları olur. Enerji defisitlərinin bölgənin digər dövlətləri tərəfindən bağlanması iqtisadi fəallığın artırılmasına və insanlar üçün yeni imkanların yaradılmasına yardım edəcək. Mövcud olan qaz və neft kəmərlərinə əlavə olaraq biz Dünya Bankı vasitəsilə CASA-1000 layihəsinə dəstək veririk. Bu layihə çərçivəsində yay aylarında Tacikistan və Qırğızıstanda istehsal olunan hidroenerji artıqları Pakistana və Əfqanıstana satılacaq”.
Cənab Hoqland deyib ki, təşəbbüsün ikinci sütunu ticarət və nəqliyyat əlaqələrinin inkişafı məsələsidir.
2020-ci il üçün Türkmənistan, Əfqanıstan, və Tacikistanı birləşdirən yol da daxil olmaqla 7800 kilometr avtomobil yolu və 3800 kilometr dəmir yollarının tikintisi və təkmilləşdirilməsi nəzərdə tutulub.
“Yolların, dəmiryolu xətlərinin və dəniz limanlarının sayı artdıqca daşınan malları sayı çoxalır daşınma qiymətləri isə aşağı düşür. Asiya İnkişaf Bankı vasitəsilə biz Mərkəzi Asiya Regional İnkişaf Proqramını dəstəkləyirik. Sözügedən proqram çərçivəsində 2020-ci il üçün Türkmənistan, Əfqanıstan, və Tacikistanı birləşdirən yol da daxil olmaqla 7800 kilometr avtomobil yolu və 3800 kilometr dəmir yollarının tikintisi və təkmilləşdirilməsi nəzərdə tutulub.
Təşəbbüsün üçüncü vacib aspekti gömrük və sərhəd prosedurlarının səmərələşdirilməsidir. Mallar bazara tez və ucuz qiymətlə çatdırılanda, istehsalçılar daha çox mal istehsal etmək, satıcılar daha çox mal satmaq həvəsindədirlər. İstehlakçı isə daha ucuz mal ala bilir. Bu ilin yanvar ayında Əfqanıstan, Pakistan və Tacikistan malların daşınmasına əngəl yaradan amillərin aradan qaldırılmasına müyəssər olmuşlar. Biz həmçinin Qazaxıstanı, Azərbaycanı, Gürcüstanı və Türkiyənı nəqliyyat tariflərini standartlaşdırmağa və əngəlləri aradan qaldırmağa yardım edən Silk Wind (İpək Küləyi) Dövlətlərarası Razılığının çərçivəsində irəliləyiş etməyə çağırırıq”.
Biz həmçinin Qazaxıstanı, Azərbaycanı, Gürcüstanı və Türkiyənı nəqliyyat tariflərini standartlaşdırmağa və əngəlləri aradan qaldırmağa yardım edən Silk Wind (İpək Küləyi) Dövlətlərarası Razılığının çərçivəsində irəliləyiş etməyə çağırırıq.
Təşəbbüsün dördüncü sütunu yeni bizneslərarası və insanlararası əlaqələrin yaradılmasıdır.
“Biz Almatıda, İslamabadda, Kabulda, Məzarişərifdə və Termezdə ticarət nümayəndələri arası görüşlər və konfranslar təşkil etmişdik ki, bunun nəticəsində 15 milyon dollarlıq ticarət razılıqları imzalanmışdır. Bu isə yalnız başlanğıcdır, görə biləcəyimiz işlərin həcmindən bir damcıdır. Kommersiya əlaqələrinə əngəl törədən amillər aradan qaldırılandan sonra ticarətin inkişafı üçün daha çox stimul olacaq. Sizin təmsil etdiyiniz qruplar iqtisadiyyata və artıma təkan verən bizneslər və insanlar arasında əlaqələrin yaradılmasında vacib rol oynayır”.
O bildirib ki, digər amillər də ABŞ-ın regionda gördüyü potensialı qeyd edir.
“Çinin ambisyalı İpək Yolu İqtisadi Kəməri Qərbi Çindən Almaniyaya olan tranziti 44 gündən 14 günə endirəcək. Türkiyə, Azərbaycan və Türkmənistan bu yaxında Aşqabadda görüşərək Əfqanıstanın, Türkmənistanın, Xəzər dənizinin, Gürcüstanın, Türkiyənin üzərindən Avropaya aparan Lapis Lazuli Dəhlizi barədə danışmışlar. Azərbaycan artıq Qazaxıstanda və Türkmənistanda olduğu kimi öz dəniz limanları imkanlarını genişləndirir. Yaxın gələcəkdə isə vaqon daşıyan bərələr sistemi vasitəsilə Mərkəzi Asiya mallarını Aktaudan və Türkmənistandan Azərbaycana daşıya biləcək. Mallar sonra dəmir yolu ilə Gürcüstana və oradan Türkiyə şəbəkəsi vasitəsilə Avropaya nəql oluna biləcək”.
Azərbaycan artıq Qazaxıstanda və Türkmənistanda olduğu kimi öz dəniz limanları imkanlarını genişləndirir. Yaxın gələcəkdə isə vaqon daşıyan bərələr sistemi vasitəsilə Mərkəzi Asiya mallarını Aktaudan və Türkmənistandan Azərbaycana daşıya biləcək
Dövlət katibinin köməkçisinin fikrincə, Avropa da Mərkəzi Asiya ilə daha yaxşı əlaqələrin olması üçün səylər göstərir.
“Avropa Birliyində sədrlik edən Latviya Avropa Birliyinin və Mərkəzi Asiyanın əlaqələrinin gücləndirilməsi məsələsini özünün prioritet məsələsi elan edib və artıq bunun bəhrəsini görür. Keçən ay Riqaya səfərim vaxtı öyrəndim ki, Özbəkistan orada artıq soyuducu sistemi ilə təchiz olunmuş bir anbar tikmişdir ki, oradan Avropaya meyvə və tərəvəz satır. Bir şey də yadıma düşdü, gənc olanda Daşkəndə işləyərkən təəccüblə öyrəndim ki, burada satılan Tompson üzüm növü kimi tanıdığımız üzüm Kaliforniyaya 20-ci əsrin əvvəlində məhz Özbəkistandan gətirilmişdir”.
O, Mərkəzi Asiyada Rusiyanın oynadığı rol barədə də danışıb.
“Təbii ki, Rusiyanın Ukraynada törətdikləri Mərkəzi Asiyada narahatlıq yaradır. Bu bölgəni hədəfləyən Rusiya təbliğatı təhrif olunmuş, Amerikaya və Avropaya zidd olan məlumatlar yayır. Biz anlayırıq ki, Mərkəzi Asiya dövlətlərinin Rusiya ilə sıx siyasi, iqtisadi, təhlükəsizlik və insanlar arası əlaqələri var. Lakin biz həmçinin bəyan edirik ki, hər hansısa dövlət birtərəfli qaydada digər dövlətin siyasi və ya iqtisadi səmtini müəyyənləşdirə bilməz. Beləliklə, biz bölgədə öz müstəqilliyini və suverenliyini uca tutan dövlətləri dəstəkləyirik və inanırıq ki, bu kimi vacib dəyərlər kommersiya əlaqələrinin genişlənməsi sayəsində daha da güclənəcək”.
Biz anlayırıq ki, Mərkəzi Asiya dövlətlərinin Rusiya ilə sıx siyasi, iqtisadi, təhlükəsizlik və insanlararası əlaqələri var. Lakin biz həmçinin bəyan edirik ki, hər hansısa dövlət birtərəfli qaydada digər dövlətin siyasi və ya iqtisadi səmtini müəyyənləşdirə bilməz.
Cənab Hoqland deyib ki, çox maraqlı bir zamandır.
“Sovet İttifaqının dağılmasından sonra Mərkəzi Asiyada dəyişiklik üçün bu kimi potensial olmamışdır. Lakin müsbət dəyişiklik hər bir dövlətin ək yüksək səviyyəsindən siyasi iradə tələb edəcək. Bu olmasa, irəliləyiş cüzi olacaq. Həmişə olduğu kimi, Birləşmiş Ştatlar regionda daha böyük iqtisadi imkanlara və demokratik irəliləyişə dəstək verməyə sadiqdir. Biz bu işdə Türkdilli Dövlətlər - ABŞ Alyansı kimi təşkilatların yardımına görə təşəkkür bildiririk”, o qeyd edib.