Accessibility links

Bu gün Amerikanın yeni səfiri Bakıya gəlir


Riçard Morninqstar: Amerika və Azərbaycan bütün enerji məsələlərində ümumi ortaq razılıq əldə edib
Riçard Morninqstar: Amerika və Azərbaycan bütün enerji məsələlərində ümumi ortaq razılıq əldə edib

Riçard Morninqstarın səfir vəzifəsinə namizədliyi bu ilin aprelində prezident Barak Obama tərəfindən irəli sürülüb. İyunun 30-da Senat onun namizədliyini təsdiq edib.


Bu gün axşam saatlarında Amerikanın Azərbaycanda yeni səfiri Riçard Morninqstar Bakıya gələcək. Bu barədə Amerikanın Səsi radiosuna Amerikanın Azərbaycandakı səfirliyindən bildiriblər.
Riçard Morninqstarın Amerikanın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi 2012-ci ilin aprelində prezident Barak Obama tərəfindən irəli sürülüb. Senatın Xarici əlaqələr komitəsi prezidentin təklifini yekdilliklə bəyənib. İyunun 30-da isə ABŞ Senatı Riçard Morninqstarın Azərbaycanda səfir postuna namizədliyini təsdiq edib.
Xatırladaq ki, bundan öncə ABŞ prezidenti Barak Obama 29 dekabr 2010-cu ildə Metyu Brayzanı Senatın razılığı olmadan Azərbaycana səfir təyin etmişdi. Senatorlar Barbara Bokser və Robert Menendes onun namizədliyinə mane olub. Bir il keçdikdən sonra senatorlar yenidən səfir Brayzanın təyinatına imkan verməyib.
Riçard Morninqstar (Richard L. Morningstar) bundan öncə ABŞ Dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi olub. O bakalavr təhsilini Harvard Universitetində, hüquq magistri dərəcəsini isə 1970-ci ildə Stenford Hüquq Məktəbində alıb.
Riçard Morninqstar Feyt Pirs Morninqstarla ailə qurub, 2 oğlu, 2 qızı var.
XS
SM
MD
LG