Prezident İlham Əliyev sentyabrın 3-də Amerikanın yeni təyin olunmuş səfiri Riçard Morninqstarın etimadnaməsini qəbul edib.
Riçard Morninqstar ilk dəfə Azərbaycana 1995-ci ildə səfər etdiyini, 2002-ci ildə isə qarşılıqlı mübadilə proqramları çərçivəsində həyata keçirilən beynəlxalq təhsil üzrə Amerika şuraları ilə birgə təşkil olunan konfransda iştirak etdiyini və eks-prezident Heydər Əliyevlə və prezident İlham Əliyevlə görüşlərini xatırladıb.
Prezident Əliyev Azərbaycanla Amerika arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini deyib və Riçard Morninqstara son 20 ildə münasibətlərin yaxınlaşmasına, eləcə də Azərbaycanın iqtisadi inkişafına verdiyi töhfəyə görə minnətdarlıq bildirib.
Dövlət başçısı Bakı-Tbilisi-Ceyhan və digər enerji layihələrinin reallaşması istiqamətində ABŞ-ın dəstəyini və Riçard Morninqstarın şəxsi rolunu yüksək qiymətləndirib.
Prezident Əliyev eyni zamanda Riçard Morninqstarın Azərbaycandakı diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin uğurla inkişaf edəcəyinə əminliyini bildirib.