ABŞ Dövlət Departamentinin rəsmisinin sözlərinə görə, son bir neçə ayda İŞİD-in sosial mediadakı mesajlarının təsirliliyində kəskin eniş müşahidə edilib.
Dövlət katibinin ictimai diplomatiya və ictimai əlaqələr üzrə müavini Riçard Stengel Amerikanın Səsinə bildirib ki, İŞİD-də qarşı sosial şəbəkədə yayılan mesajlar bu terror qruplaşmasının dünya boyu mesajlarının yayılmasının qarşısını alır.
İŞİD əvvəllər sosial mediadan istifadədə həddən artıq effektiv idi. Bir çox insan İŞİD-in başkəsmələrinin fotolarını görüb və ya bu barədə sosial şəbəkədən oxuyub, ancaq istifadəçilərin çoxu qrupu İŞİD-in təbliği kampaniyası və İslamın interpretasiyasından məlumatsızdır.
İŞİD əvvəllər sosial mediadan istifadədə həddən artıq effektiv idi. Bir çox insan İŞİD-in başkəsmələrinin fotolarını görüb və ya bu barədə sosial şəbəkədən oxuyub, ancaq istifadəçilərin çoxu qrupu İŞİD-in təbliği kampaniyası və İslamın interpretasiyasından məlumatsızdır.
Buna baxmayaraq nə ABŞ, nə də başqa ölkə İŞİD-in sosial şəbəkələrindəki kampaniyalarına qarşı o qədər də effektib olmayıb. İyun ayında New York Times iddia etmişdi ki, İŞİD sosial şəbəkə müharibəsində qalib gəlməkdədir. Məqalə Dövlət Departamentinə istinadən yazılmışdı.
May ayında isə senator Koru Buker anti-İŞİD kampaniyasını "gülməli" adlandırmışdı: "İki retvit, üç retvit...".
Ancaq cənab Stengel bildirir ki, Buker kimi qanunvericilər İŞİD əleyhinə ərəb dilində aparılan kampaniyadan xəbərsizdirlər. "İŞİD barədə mesajların 95 faizi Ərəb dilində yayılır. Mən əmin deyiləm ki, Konqresdəki kişi və qadınların neçə faizi sosial şəbəkəni Ərəb dilində oxuyur. Onlar da bizim kimi sosial şəbəkələri İngilis dilində izləyir" - deyə diplomat Amerikanın Səsinin Dövlət Departamentindəki müxbiri Pam Dokinsə bildirib.
Şəbəkələrin şəbəkəsi
İŞİD barədə mesajların 95 faizi Ərəb dilində yayılır. Mən əmin deyiləm ki, Konqresdəki kişi və qadınların neçə faizi sosial şəbəkəni Ərəb dilində oxuyur. Onlar da bizim kimi sosial şəbəkələri İngilis dilində izləyirRiçard Stengel
Cənab Stengel Dövlət Departamentində Terrorizm Əleyhinə Strateji Kommunikasiya Mərkəzinə rəhbərlik edir. Əl-Qaidə ilə mübarizə üçün fəaliyyətə başlayan mərkəz hazırda bütün səylərini İŞİD əleyhinə fəaliyyətə yönəldib.
O deyir ki, mərkəz bu səyləri Amerika vs İŞİD-in mesajları kimi görmür: "Bu, bir top oyunudur. Burada bütün İslam dünyası İŞİD-ə qarşıdır, ona görə də şəbəkələrin şəbəkəsini, müxtəlif mərkəzlər yaratmaq istəyirik".
Mərkəzin ilk əməliyyatı ABŞ və Birləşmiş Ərəb Əmirlikləri arasında birgə layihə ilə başlayıb. Əbu-Dabidə yerləşən Savab Mərkəzi İŞİD-in təbliğat mesajlarına dərhan cavab verir.
Stengel deyir ki, mərkəzin artıq 10 mindən çox izləyicisi var.
İordaniya və Misirdə də sürətli mesaj mərkəzi mövcuddur. Stengel deyir ki, daha çox mərkəzin açılacağı isə çərşənbə axşamı BMT-də keçiriləcək Zorakı Ekstremizmə Qarşı Sammitdə bəyan olunacaq.
Uğuru necə ölçürsünüz?
"Qaçanlar" adlanan kampaniya Suriya və İraqdan geri gələn onlarla gənc oğlan və qızın ifadələrinə əsaslanacaq: "Xilafət mifdir. Mən orada alçaldıldım. Orada din yox idi. Onlar rüşvətxor və pur hərisidirlər
Stengel deyir ki, İŞİD əleyhinə mesajlar ünvanlandırılması tipik media kampaniyası kimi - izləyənlərin sayı, oxuvuların xəttdə nə qədər qalması və bundan sonra nə baxması ilə qiymətləndirilir.
Başlıca məqsəd paylaşımları artırmaqdır.
Məsələn, Savab mərkəzi BMT Baş Assambleyasının sessiyası zamanı yeni dezinformasiya kampaniyası başladacaq. "Qaçanlar" adlanan kampaniya Suriya və İraqdan geri gələn onlarla gənc oğlan və qızın ifadələrinə əsaslanacaq: "Xilafət mifdir. Mən orada alçaldıldım. Orada din yox idi. Onlar rüşvətxor və pur hərisidirlər" - deyə Stengel bildirir.