Accessibility links

İnsan hüquqları qrupları İranda edamların "dəhşətli dalğasını" qınayır


İnsanlar İranda edamlara etiraz eder (arxiv)
İnsanlar İranda edamlara etiraz eder (arxiv)

İyulun 27-də iki insan haqları qrupunun bildirdiyi kimi, İran ilin əvvəlindən bəri ən azı 251 nəfəri "edam mərasimi" ilə asıb.

Vaşinqtonda yerləşən İranada İnsan Haqları üzrə Abdorrahman Boroumand Mərkəzi və Londonda yerləşən Amnesty İnternational təşkilatı birgə bəyanatda bildiriblər ki, bu edamlar cari ilin iyununun sonuna qədər təsdiqlənənlərdir. Həqiqi rəqəm daha çox ola bilər.

"Edamlar bu dəhşətli templə davam edərsə, tezliklə 2021-ci il ərzində qeydə alınan 314 edamı ötəcək" – deyə, insan hüquqları qrupları qeyd edib.

Qurumlar bildiriblər ki, 2022-ci ildə edam edilənlərdən 146-sı qətldə təqsirli bilinib və əlavə edilib ki, təqsirli bilinənlərin məhkəmələri "yaxşı sənədləşdirilmiş sistematik ədalətsizlik şəraitində keçirilib".

Lakin ən azı daha 86 nəfər narkotiklə əlaqəli cinayətlərə görə edam edilib ki, daxili qanunvericiliyə edilən dəyişikliklərdən sonra bu il istisna olmaqla həmin ittiham üzrə edamlar son illərdə kəskin şəkildə azalıb.

"2022-ci ilin ilk altı ayı ərzində İran hakimiyyəti gündə orta hesabla ən azı bir nəfəri edam edib. Dövlət mexanizmi bütün ölkə boyu kütləvi miqyasda, yaşamaq hüququna amansız hücumlar həyata keçirir" – deyə, Amnesty Internationaldan Diana Eltahavi vurğulayıb.

"İctimaiyyət də daxil olmaqla, edamların yenidən artması İranın dünyanın qalan hissəsindən nə qədər geridə olduğunu bir daha göstərir, 144 ölkə ölüm hökmünü qanun və ya praktikada rədd edib" – deyə, İranın insan haqları təşkilatı Abdorrahman Boroumand Mərkəzinin icraçı direktoru Röya Boroumand əlavə edib.

Rəqəmlər iki qrup tərəfindən müxtəlif mənbələrdən, o cümlədən məhbuslar, edam edilənlərin qohumları, hüquq müdafiəçiləri, jurnalistlər və dövlət mediasının, eləcə də müstəqil media orqanlarının və insan haqları təşkilatlarının hesabatlarına əsasən tərtib edilib.

Bəyanatda deyilir ki, İranın müxtəlif yerlərində həbsxanalarda kütləvi edamlar həyata keçirilib, eyni vaxtda təxminən 10-dan çox insan edam edilib.

XS
SM
MD
LG