Accessibility links

Tramp Energetika nazirliyinin rəhbəri vəzifəsinə Rik Perrini nominasiya edir


ABŞ prezidenti seçilmiş Donald Tramp bir zamanlar siyasi rəqibi olmuş Texas qubernatoru Rik Perrini ölkənin Energetika nazirliyinin rəhbəri vəzifəsinə nominasiya etməyə qərar verib.

Perri 14 il Texasın qubernatoru olub və 2012 və 2016-cı illərdə Respublikaçılar partiyasından prezidentliyə namizədliyini irəli sürüb.

2011-ci ildə prezidentliyə namizədliyini ilk dəfə irəli sürdüyü dövrdə Perrinin çıxışlarından birində yol verdiyi səhv onun Respublikaçılar partiyasından nominasiya almaq ümidlərini puça çıxarmışdı.

Prezidentliyə namizədlərin debatı zamanı Perri federal hökumədə üç agentliyi ləğv edəcəyini deyib, lakin Ticarət və Təhsil Nazirliklərinin adını sadaladıqdan sonra o, üçüncü nazirliyin adını xatırlaya bilməyib.

Daha sonra o, ləğv edəcəyi üçüncü agentliyin Energetika nazirliyi olduğunu bildirib.

Mühafizəkar siyasətçi olan Perri Energetika nazirliyini son zamanlar diqqət mərkəzində olan və prezident Barak Obamanın təşəbbüsü ilə həyata keçirilən yenilənən enerji məsələsindən uzaqlaşdıra və diqqəti neft və mədən yanacağına yönəldə bilər.

Perri insanın iqlim dəyişikliyinə təsir etməyə qadir olması barədə deyilən fikirlər barədə öz şübhələrini açıq ifadə etməklə tanınırdı. Amma Texas qubernatoru olduğu dövrdə o, ştatı külək enerjisinin əsas istehsalı mərkəzinə çevirib.

2016-cı ildə Respublikaçılar partiyasından prezidentlik uğrunda mübarizənin başlanğıcında o, Donald Trampı “mühafizəkarlığın xərçəngi” adlandırmışdır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG