Rio de Janeyro Olimpiadasının bir ili tamamladığı bir vaxtda braziliyalı təşkilatçılar Beynəlxalq Olimpiya Komitəsindən (BOK) kreditorlara olan 40 milyon dollar borclarının bağlanmasına yardımçı olmalarını istəyiblər.
2016-cı ilı Olimpiadası təşkilatçılarının sözçüsü Mario Andrada bildirib ki, Braziliya Olimpiya Komitəsinin prezidenti Karlos Nuzman növbəti həftə İsveçrədə BOK rəsmiləri ilə görüşəcək.
Buna baxmayaraq, BOK çərşənbə günü verilən bu məlumata ehtiyatla reaksiya verərək, Olimpiya oyunları keçirən şəhər və ölkələrin təşkilatçılıqla bağlı yaranan borclara görə özlərinin məsuliyyət daşıdıqlarını bildirib.
Rio de Janeyro Olimpiyadası xeyli sayda təşkilati çətinliklər və oyunlar zamanı dəyişən iştirakçı sayı ilə yaşamışdı. Bütün bunlar ölkənin uzun illər ərzində ən səs-küylü korrupsiya skandaları yaşadığı bir zamanda baş verib.
Metro xətti, yenilənmiş liman, yüksək sürətli avtobus xətləri kimi Olimpiya oyunları üçün hazırlanan infrastruktur ictimaiyyətin istifadəsinə verilib. Amma yeni tikilən idman sahələri əksər hallarda boş qalır. Məsələn, 20 milyona başa gələn qolf kurslarına olan maraq çox azdır. Bununla bərabər, 3,600 idmançıya ev sahibliyi etmiş Atletlər Kəndində yalnız 10 faiz mənzillərə müştəri tapılıb.
Associated Press-in keçən ay yaydığı rəsmi məlumatlar əsasında hazırlanan hesabatında Braziliya Olimpiya Oyunları xərclərinin 13.1 milyard dollar təşkil edib. Amma təhlilçilər dəqiq rəqəmin daha çox olduğunu ehtimal edirlər.