Accessibility links

Rio de Janeyro Olimpiya oyunlarının təxirə salınmasına çağırılır


İctimai səhiyyə ekspertləri Zika virusunun yayılmasının qarşısını almaq üçün 2016-cı il Rio de Janeyro Olimpiya oyunlarının təxirə salınması və ya yerinin dəyişildilməsinə çağırır.

Bu həftə Harvard İctimai Sağlamlığı Müşahidə jurnalında dərc edilmiş məqalədə kanadalı professor deyib ki, Rio hər kəsin ehtimal etdiyindən çox Zika virusunun təsirinə məruz qalıb.

Ottava universitetinin professoru Əmir Attaran deyib ki, bu yay dünyanın bütün yerlərindən çox sayda insanın oyunu izləmək üçün Rioya səyahət etməsi ağcaqanad sancmasından keçən virusun daha da sürətlə yayılmasına səbəb ola bilər.

Beynəlxalq Olimpiya Komitəsinin rəsmiləri Zika virusunun qarşısını almaq üçün Ümumdünya Səhiyyə Təşkilatının səylərinə etibar etdiklərini ifadə edib və bildirib ki, Olimpiya oyunlarının təxirə salınması və ya başqa yerə köçürülməsinə ehtiyac yoxdur.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ amerikalıları təcili şəkildə Rusiyanı tərk etməyə çağırıb
please wait

No media source currently available

0:00 0:10:11 0:00
XS
SM
MD
LG