Accessibility links

Ər-Riyada ballistik raket qırıntısı düşüb


Səudiyyə Ərəbistanı mediasının bildirdiyinə görə, İranın dəstəklədiyi Yəmən üsyançılarının atdığı ballistik raketin Ər-Riyada düşən bir parçası bir nəfərin ölümünə, iki nəfəri isə yaralanmasına səbəb olub.

Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri Ər-Riyad və digər 3 şəhəri nişan alan 7 raketi vurub sıradan çıxardığını bildirib.

Şahidlər güclü partlayış səsləri eşitdiklərini və səmada parlaq işıqlar gördüklərini deyib.

Qurbanların Səudiyyənin paytaxtındakı məhəllənin misirli sakinləri olduğu bildirilib.

Bazar günü hücumları Səudiyyənin başçılıq etdiyi koalisiya qüvvələrinin Yəməndəki Husi üsyançılarına qarşı həyata keçirdiyi hava hücumlarının üçüncü ildönümünə təsadüf edir.

BMT təhlilçilərinin fikrincə, keçən ilin sonunda Ər-Riyadın beynəlxalq aeroportu da daxil edilməklə. husilərin Səudiyyə Ərəbistanına atdığı raketlərin İranda istehsal olunub.

O zaman Səudiyyə rəsmiləri bu hücumların müharibəyə işarə olduğunu demişdi.

İran husiləri dəstəklədiyini desə də, onları silahlandırdığını inkar edir.

XS
SM
MD
LG