ABŞ dövlət katibinin yardımçisi, Robert Bleyk bu gün ikitərəfli əlaqələri möhkəmləndirmək məqsədi ilə hər il keçirilən danışıqlarda iştirak etmək üçün Özbəkistan paytaxtı, Daşkəndə səfər edib.
Bleyk ABŞ hökumət rəsmilərindən ibarət nümayəndə heyətinə başçılıq edir. Nümayəndə heyətinin üzvlərinin iki günlük səfər zamanı özbək həmkarlarlar, biznes liderləri və ictimayyət nümayəndələri ilə görüşəcəyi gözlənilir.
Cümə günü ABŞ-ın yüksək səviyyəli rəsmi nümayəndə heyəti, habelə Amerika şirkətlərinin nümayəndələri Özbəkistan –ABŞ Biznes Forumu keçirəcək.