Accessibility links

Robert Geyts Moskvada Dmitri Medvedevlə görüşəcək


Robert Geyts Moskvada Dmitri Medvedevlə görüşəcək
Robert Geyts Moskvada Dmitri Medvedevlə görüşəcək

Liviyada hərbi əməliyyatlar onun Rusiya lideri ilə danışıqlarında əsas yer tutacaq

ABŞ müdafiə naziri Robert Geyts Rusiyaya səfər edir. Səfər çərçivəsində o, Rusiya prezidenti Dmitri Medvedevl görüşəcək. Robert Geyts Əfqanıstanda müharibə və BMT Təhlükəsizlik Şurasının Şimali Koreya və İranla bağlı qətnamələrin qəbul edilməsində dəstəyi göstərərək, Rusiya ilə əməkdaşlığa yüksək qiymət verib. ABŞ müdafiə naziri həmçinin Liviyaya qarşı hərbi əməliyyatlara dair BMT qətnaməsinin qarşısını almadığına görə Rusiyadan razılığını bildirib. Geyts Liviyada əməliyyatların başlanmasını izləmək üçün Moskvaya səfərini bir gün təxirə salmışdı. Liviyada hərbi əməliyyatlar onun Rusiya lideri ilə danışıqlarında əsas yer tutacaq.

XS
SM
MD
LG