Accessibility links

ABŞ 2011-ci ildən sonra da İraqda hərbi mövcudluğunu davam etdirə bilər (Yenilənib)


ABŞ 2011-ci ildən sonra da İraqda hərbi mövcudluğunu davam etdirə bilər (Yenilənib)
ABŞ 2011-ci ildən sonra da İraqda hərbi mövcudluğunu davam etdirə bilər (Yenilənib)

Birləşmiş Ştatların müdafiə naziri Robert Geyts deyib ki, ABŞ İraq hökuməti istəyərsə, 2011-ci ildən sonra da bu ölkədə hərbi mövcudluğunu davam etdirə bilər. Bu gün ABŞ-ın İraqdakı əsgərləri qarşısında çıxış edən cənab Geyts belə bir qərara ordunun ölkədə mövcudluğunun bu ilin sonunda başa çatmasından əvvəl gəlinməli olduğunu bildirib və deyib ki, bunu yalnız iraqlıların razılığı ilə etmək olar. Lakin İraqın baş naziri Nuri əl-Maliki deyib ki, İraq ordusu hər bir hücuma cavab vermək qabiliyyətinə malikdir və ölkədə təhlükəsizlik və sabitliyin qorunması üçün hər gün imkanlarını artırır.

ABŞ müdafiə naziri onu da qeyd edib ki, bu ilin sonunda vəzifə müddəti başa çatdığına görə bu, onun İraqa son səfəri ola bilər.

Cənab Geytsin İraq hökumətində müdafiə naziri vəzifəsi də də daxil edilməklə, yeni təyinatlarla bağlı İraq liderləri ilə görüşü gözlənilir.

XS
SM
MD
LG