Accessibility links

Robert Koçaryan azadlığa buraxıb


Ermənistanın keçmiş prezidenti Robert Koçaryan girov və zaminlik müqabilində azadlığa buraxıb.

Bu barədə mayın 18-də AzadlıqRadiosunun erməni xidməti məlumat yayır.

Koçaryan “2008-ci ildə ökədəki konstitusyon quruluşu devirməkdə və korrupsiyada ittiham olunur.

Onu , Azərbaycanın separatçı bölgəsi-qondarma Dağlıq Qarabağ rejiminin indiki və keçmiş rəhbərləri Bakı Saakyanla Arkadi Qukasyan zaminliyə götürüblər. Onlar həmçinin 2 min dollara yaxın girov qoyublar.

Koçaryanın tərəfdarları ilə əlehdarları həmin vaxt məhkəmə binasının qarşısında aksiya keçirirmişlər.

Tərəfdarları qərarı alqışlarla qarşılayıblar. Əlehdarları isə məhkəmə binasına soxulmağa cəhd ediblər, amma polis buna imkan verməyib.

Xatırladaq ki, Ermənistan hakimiyyəti 2008-ci il martın 1-də şəhərin Azadlıq meydanında aksiyaçıların üzərinə polis qüvvələri yeridərək kütləvi etirazları amansızcasına boğub. Nəticədə azı 10 nəfər ölüb.

Aksiyaçılar həmin vaxt keçirilmiş prezident seçkisinin nəticələrinə etiraz edirdilər.

Həmin seçkidə Koçaryandan sonra hakimiyyətə, ötən il kütləvi etirazlarla hakimiyyətdən uzaqlaşdırılan Sezh Sargsyan gəlmişdi.

İndi yeni Ermənistan rəhbərliyi Koçaryanı cinayət məsuliyyətinə cəlb edib.

Koçaryanla Sarkisyan Dağlıq Qarabağda doğulublar, siyasi karyeraları isə Azərbaycanın bu separatçı bölgəsinin erməni qüvvələri tərəfindən işğalından sonra başlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG