Accessibility links

Robert Muqabe kimdir? [Video]


Robert Muqabe kimdir?
please wait
Embed

No media source currently available

0:00 0:01:52 0:00

40 ilə yaxın hakimiyyət olduqdan sonra göründüyü qədərilə 93 yaşlı Robert Muqabenin Zimbabvenin avtoritar liderliyinə nəyahət ki, son qoyuldu.

1924-cü ildə o zaman Rodeziya adlanan ərazidə doğulan Muqabe 1974-ci ildə, çevriliş cəhdinə görə 10 il həbsdən sonra hakimiyyətə gəldi. Sabiq elmi işçi və məktəb müəllimi, ağ azlığın hakimiyyətinə qarşı partizan müharibəsinin liderinə çevrildi.

“İnsanların lideri olmaq üçün kəsə yol yoxdur. Eyni cür də bizim müstəqilliyimiz üçün kəsə yox idi. Biz çox uzun yol getməli olduq.”

1980-ci ildə yenicə müstəqillik qazanmış Zimbabvenin baş naziri olduqdan sonra onun zəhməti bar verməyə başladı. Hakimiyyətin ilk illərində idarəçiliyə praqmatik baxışlarına görə təriflər qazanan Muqabe növbəti onillikdə gücü öz ətrafında birləşdirdi, daha sonra isə opponentlərinə qarşı qəddar təqiblərə başladı. Bu, minlərlə zimbabvelinin ölümü ilə nəticələndi.

Muqabenin ağ fermerlərdən torpaqları müsadirə etmək qərarı Zimbabveni Afrikanın iqtisadiyyatının asılı olduğu ölkədən, qitənin iqtisadiyyatından asılı, üç rəqəmli inflyasiya, kütləvi işsizlik və dəyərsiz valutası olan ölkəyə çevrildi.

Muqebi 2008-ci ildə hakimiyyətini daha da möhkəmlətdi. Seçkilərin ilk mərhələsində müxalifət lideri Morqan Tsvangiraiyə uduzan Muqabe rəqibinin dəstəkçilərinə qarşı zorakılıq tətbiq etdi və nəticədə Tsvangiarini seçkilərin ikinci mərhələsindən imtina etməyə məcbur etdi.

2012-ci ildə Muqabe seçkiləri yenidən qazananda Zimbabve təcrid olunmuş bir ölkəyə çevrilmişdi və o, qitənin növbəti avtoritar lideri kimi qəbul edilirdi.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG