Accessibility links

Məşhurlar: Robert Pattinson ona xəyanət etmiş sevgilisi Kristen Styuardı bağışlaya bilər


Robert Pattinson son günlərdə çox insanla üz-üzə gəlib – yalnız bircə nəfərdən başqa. Ən azı indiyədək.

The Look jurnalına istinadən Robert sabiq xanımı Kristen Styuardla görüşməyə razılaşıb. Kristin ictimai şəkildə onu evli rejissor Rupert Sanderslə aldatdıqdan sonra cütlük ayrılmışdı.

Görəsən Robert niyə indi Kristenlə görüşmək istəyir.

Əldə edilən məlumata görə emosional telefon söhbətində Kristen Robertlə təklikdə görüşmək üçün yalvarıb və ictimayyət Kristenə “qan və pul hərisi olan trampir” ləğəbi verdikdən sonra Robertin ona yazığı gəlib.

Pərəstişkarları açıq aydın Roberti dəstəkləyirlər. Ancaq bu, o demək deyil ki, Robert Kristeni geri qəbul edəcək. Amma kim bilir, bəlkə Robert bütün bunlara baxmayaraq Kristeni bağışladı. Dünyanın işini bilmək olmaz.
XS
SM
MD
LG