Accessibility links

ABŞ səfiri Azərbaycanın maliyyə naziri ilə görüşüb


Azərbaycan-ABŞ bayraqları
Azərbaycan-ABŞ bayraqları

Martın 5-də Azərbaycanın maliyyə naziri, İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiysının həmsədri Samir Şərifov ABŞ səfiri Robert Sekutanı qəbul edib.

Maliyyə Nazirliyinin rəsmi saytının məlumatına görə, görüşdə Azərbaycanın hazırkı sosial-iqtisadi vəziyyəti və qazanılmış uğurlar barədə geniş məlumat verən nazir Şərifov Azərbaycan ilə Birləşmiş Ştatlar arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Səfir R.Sekuta diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə maliyyə, regional əməkdaşlıq, enerji, investisiya və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

XS
SM
MD
LG