Accessibility links

ABŞ səfiri mədəniyyət və turizm naziri ilə görüşüb


Robert Sekuta və Əbülfəs Qarayev
Robert Sekuta və Əbülfəs Qarayev

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşüb.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, görüşdə ABŞ və Azərbaycan arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.

Azərbaycanın mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişafında maraqlı olduğu bildirilərək, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi imkanları barəsində fikir mübadiləsi aparılıb.

Səfir Sekuta Azərbaycanda Amerika Günlərinin keçirilməsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən səfirliyə dəstək göstəriləcəyinə ümidini ifadə edib.

Nazir Əbülfəs Qarayev 2016-cı ilin 25-27 aprelində Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu barədə məlumat verib və tədbirə ABŞ rəsmilərinin dəvət olunduğunu qeyd edərək, ABŞ-ın Forumda yüksək səviyyədə təmsil olunacağına əminliyini ifadə edib.

Görüş zamanı muzey, mədəni irs və kitabxana sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikirlər səsləndirilib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG