Martın 2-də ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və həyat yoldaşı Sumqayıta səfəri çərçivəsində Sumqayit Paraolimiya Komitəsinin sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimovla görüşüb. Sonra Robert Sekuta Qaraheybət Atıcılıq Təlim Mərkəzinə səfər edib.
Bu barədə ABŞ səfirliyinin twitter səhifəsində məlumat yayılıb.
Səfir Sekuta bildirib ki, idman amerikalılar və azərbaycanlıların birgə qatıla biləcəkləri bir sahədir. “2014-cü ildə ABŞ və Azərbaycanın əlil idman ekspertləri mübadilə proqramında iştirak edib”.
ABŞ səfiri Qaraheybət Atıcılıq Təlim Mərkəzində olarkən Azərbaycanın NATO-nun Əfqənıstandakı sülhməramlı missiyaya dəstəyini önə çəkib.