Accessibility links

"Salto" - Gələcəyin robotu


"Salto" - Gələcəyin robotu
please wait

No media source currently available

0:00 0:01:58 0:00

Kaliforniya laboratoriyalarının birində mühəndislər robotların hərəkətlərini hoppanan, uçan və sürünən heyvanların hərəkətlərinə bənzədərək inkişaf etdirməyə çalışır. Bu robotlardan biri də birayaqlı "Salto"dur. Bu robotun nə işi var, nə də məqsədi.

"Salto" adlı bu, tullanan robot tədqiqatçılara gələcək robotların hərəkətlərini öyrənməyə yardım edir. Berkli universitetinin professoru Ron Feyrinq: “Fikirləşirik ki, heyvanların hərəkətlərini və bu hərəkətlərin robotlarda istifadəsini nə qədər yaxşı dərk edə bilsək, bir o qədər yaxşı robot inkişaf etdirə bilərik.”

Robotlar üzrə təhqiqatçılar heyvanların hərəkət spesifikasını öyrənir və qaçan, hoppanan və uçan robotlar üzərində işləyir. “Daha yarxşı robot olması üçün yalnız gəzə bilməsi kifayət deyil. Burada əsas məsələ heyvan çəkisində olan həmin robotların elastikliyi və mexanizmidir" - deyə, Ron Feyrinq bildirir.

"Salto" robotunu düzəldərkən mühəndislər Seneqalda yaşayan qalaqo adlı heyvanın ayaqlarının hərəkəti, əzələləri və hündürlüyə tullanarkən ayaqlarını birgə qoymasını müşahidə edib.

Bu robot hündürlüyü, bucağı və çəkini düzgün ölçə bilən sensorlarla və kompüterlərlə doldurulub. Salto müvazinətini itirəndə qamətini dikəldə bilir. Berkli universitetinin tələbəsi Castin Yim: “Bizim gətirdiyimiz yenilik odur ki, bu robota öz mövqeyini və cazibə bucağını hiss etdirmək üçün sensorlar və kompüterlər yerləşdirmişik.

Castin Yim “Salto”nun getməli olduğu yolu coystik və radio-kontrol cihazından istifadə edərək tənzimləyir. Qalan hərəkətləri “Salto” özü edir.

Ron Feyrinq deyir ki, hazırda onlar dələnin ağacdan-ağaca tullandığı zaman etdikləri hərəkətləri öyrənir və “Salto”ya bu hərəkətlərin bəzilərini öyrətməyə çalışır. Bu hərəkətlər robotlara insanların ola bimədiyi yerlərdə olmağa imkan verəcək.

Əlbəttə, “Salto”nu izləmək əyləncəlidir. Lakin bu səhnə eləcə də robotların gələcəyinə bir pəncərədir.

XS
SM
MD
LG