Accessibility links

Yeni texnologiyaların sayəsində əlil arabalarının idarə olunması asanlaşıb


Yeni texnologiyaların sayəsində əlil arabalarının idarə olunması asanlaşıb
please wait

No media source currently available

0:00 0:01:35 0:00

Mühərriki olan əlil arabalarının coystiklə idarə olunması asandır. Lakin bəzi əlil insanlar üçün hətta coystiki tutmaq da çətindir.

Brazilyanın Kampinas Dövlət Universitetinin tədqiqatçılarının dizayn etdikləri əlil arabaları üz ifadələri ilə idarə oluna bilər.

Paulo Gurgel: “Yeddi üz ifadəsi var və istifadəçi istədiyi beş təbii komponenti seçə bilər.”

Kamera üz ifadəsini oxuyur və bunu əlil arabasının mühərriki üçün göstərişlərə çevirir.

Tədqiqatçılar deyir ki, onlar səsdən çox üz ifadələrinə etibar edirlər. Çünki bəzi əlil insanlar sözləri düzgün ifadə etməkdə belə çətinlik çəkir.

Üz ifadələri ilə idarə olunan əlil arabaları iki ilə satışda olacaq.

Qiyməti ucuz olmasa da, əgər istehsalçılar 3D çap texnologiyasından istifadə edə bilsə, qiymətlərin ucuzlaşması ehtimal edilir.

Benjamin Hubert: “Əlil arabaları insan bədənin bir parçasıdır. Bu, belə düşünülməlidir.”

Londonda sərgidə nümayiş olununan bu prototip əlil arabasını daha yüngül və rahat etməyin mümkünlüyünü göstərir.

Oturacaq, arxa söykənəcək və ayaqları insanın bədən formasına görə 3D printerlə çap etmək mümkündür.

Dizaynerlər deyir ki, əlil arabaları istehsalçıları artıq onların ideyaları ilə maraqlanmağa başlayıblar.

XS
SM
MD
LG