Accessibility links

Ceyms Bond rolunun ifaçısı vəfat edib


1970-ci və 80-ci illərdə agent Ceyms Bond rolunun ifaçısı, britaniyalı aktyor Rocer Mur çərşənbə axşamı 89 yaşında vəfat edib.

Onun ailəsi Murun İsveçrədə xərçəng xəstəliyindən əziyyət çəkdikdən qısa müddət sonra vəfat etdiyi barədə bəyanat açıqlayıb.

Rocer Mur filmidə şotlandiyalı aktyor Şon Konneridən sonra İan Fleminqin fantastik qəhrəman agent obrazını 1973-cü ildə “Live and Let Die” filmində yaradır və Bondun romatik cazibəsinə uyğun yumur hissi əlavə etməklə seriala yeni nəsil pərəstişkar cəlb edir. O sonuncu dəfə 1985-ci ildə Bond serialının “A View to a Kill” filmində iştirak edir.

Bond filmində çəkilməyə başlamazdan əvvəl Rocer Mur Britaniya və Birləşmiş Ştatlarda “The Saint” filmində ifa etdiyi rəvan danışan oğru Simon Templar obrazı da daxil olmaqla bir sıra televiziya seriallarında rol alır.

1991-ci ildə Mur UNICEF-in xoşməramlı səfiri olur və 2003-cü ildə Kraliça 2-ci Yelizaveta tərəfindən cəngavər tituluna layıq görülür.

XS
SM
MD
LG