Accessibility links

Məhkəmə Rocer Stouna ona qarşı açılmış cinayət işini müzakirəyə çıxarmamaq göstərişi verib


Uzun müddət ərzində ABŞ prezidenti Donald Trampın müşaviri olmuş Rocer Stouna xüsusi prokurorun ona qarşı açmış cinayət işi haqda ictimai şəkildə danışmamaqla bağlı federal məhkəmə göstərişi tətbiq edilib.

Stoun cümə axşamı Vaşinqtonda keçirilən məhkəmədə sosial mediada özünün hədəf kimi təsvir edildiyi şəkli yerləşdirdiyi üçün onu işinə baxacaq hakim tərəfindən töhmət alıb. Üzr istəməsinə baxmayaraq, hakim bu addımların dəfələrlə təkrarlandığı üçün güzəştə getməyəcəyini bildirib.

Stoun 2016-cı ildə Tramp kampaniyası rəsmiləri ilə koordinasiyalaşmış şəkildə WikiLeaks saytından Trampın rəqibi Hillari Klintonun oğurlanmış elektron məktublarını əldə etməyə cəhd göstərməkdə ittiham edilir.

Vəkili Stounun hakimə qarşı hərəkətlərini “müdafiə edilməz” adlandırıb.

XS
SM
MD
LG