Accessibility links

Rocky Mountains - Dağlara səyahət


Rocky Mountains - Dağlara səyahət
please wait

No media source currently available

0:00 0:09:12 0:00

Denverə gecəyimizi bilən insanlar bizə mütləq Rocky Montain dağlarına getməli olduğumuzu deyirdilər. Ona görə də Koloradoya gəldiyimiz növbəti gün səhər tezdən dağlara yola düşdük.

Rocky Mountains dağları Kanadadan Birləşmiş Ştatların cənubuna qədərə təxminən 5000 kilometr məsafəyə qədər uzanır. Dağların Koloradoda yerləşən hissəsi Rocky Montain Milli Parkı adlanır. Biz də məhz ora istiqamət tutduq. ​

Denverdən parkın girişinə qədər təxminən bir saat, bir saat yarımlıq yol idi. Açığı parka girənə qədər dəqiq hara gedəcəyimizi bilmirdik. Park adı sizi çaşdırmasın. Bu Park dediyimiz yer 1000 kvadrat kilometrlik bir ərazidir və burada gedə biləcəyiniz onlarla istiqamət var. Parkın əməkdaşı ilə qısa ünsiyyətimizdən sonra, 60 kilometr irəlidə yerləşən Grand Lake gölü və yanındakı şəhərə baş çəkmək qərarı verdik. Həmin gölə gedən yol, park ərazisinin ən mənzərəli yerlərindən hesab edilir.

Dağlarda havanın soyuq olacağını təxmin etmək çətin deyildi. Havanın da dəyişkən olacağına elə Denverə gəldiyimiz ilk gün fərqinə vardıq. Şəhərdə gündüz 29 dərəcə olduğu halda, axşam temperatur təxminən 20 dərəcə aşağı düşür. Eyni cür “sürprizlərin” də dağlarda da olacağını bilirdik.

Maşınla yolumuza davam etdiyimiz zaman dörd fəslin dördünün də şahidi olduq. Ya dolu yağır, ya külək qalxır, ya gün sürməyinə mane olur, ya da ki, qar yağmağa başlayır.

Maşınla yolumuza davam etdiyimiz zaman dörd fəslin dördünün də şahidi olduq. Ya dolu yağır, ya külək qalxır, ya gün sürməyinə mane olur, ya da ki, qar yağmağa başlayır. Duman isə öz yerində. Dumansız da dağ olar?

Havanın belə qeyri-müəyyən olduğuna görə, maşını çox ehtiyatı sürməli idik. Hava bir qırağa, burada maşını ehtiyatla sürməmək mümkün deyil. Yolun böyük hissəsi, maşını yoldan çıxmağa qoymayacaq sədlər yox idi. Bir anlıq diqqətsizlik.. və siz qayadan düşə bilərsiniz. Təbii ki, sürücülərin bunu gözəl anlayır və onlar bir-birinə qarşı maksimum səbrli idilər.

Səfərimizin son nöqtəsi Vestern filmlərindəki kiçik şəhərləri xatırladırdı. Əsas küçə və küçənin ətrafında tikilmiş restoranlar, dükanlar və digər əyləncə məkanları. Şəhərin sakini azdır və bu yerlər turistlərin hesabına yaşayır. Bu şəhərdən bir saatlıq məsafə radiusunda başqa şəhər yoxdur. Ona görə də göl ətrafına gələn turistlər, axşamlarını burada keçirir. Yeri gəlmişkən, həm tikililərin dizaynından, həm restoranların menusundan Meksika mədəniyyətinin burada necə təsirə malik olduğunu görmək olur. Biz də elə ona görə də, naharımızı meksikansayağı etdik.

Rocky Montain Milli Parkında keçirdiyimiz 5-6 saat, Grand Lake-ə qədər sürdüyümüz 150 kilometrlik məsafə bu yerləri görməyə dəyərdi. Yarım gün ərzində, bura çatana qədər qarşılaşdığın təbii gözəllik və yaşadığın emosiyalar şəhər həyatı yaşayan insanların mütləq qiymətləndirəcəyi bir şeydir.

Şərhlərə bax (1)

Bu forum qapanıb
XS
SM
MD
LG