Accessibility links

Şimali Koreya və Amerika basketbolçuları oyunda qarşılaşıb


Təqaüddə olan basketbol ulduzu Dennis Rodman planlaşdırılmış basketbol oyunundan əvvəl şimali koreyalılarla bərabər ölkənin lideri Kim Conq Unun şərəfinə "Ad günün mübarək" mahnısını oxuyub.

Rodman və Milli Basketbol Assosiasiyasının oyunçularının dünyadan təcrid olunmuş ölkəyə basketbol diplomatiyası çərçivəsində səfəri ABŞ-da tənqidlərlə qarşılaşıb.

Pxenyanın oyun zalına toplaşmış 14 min insan Rodman və basketbol oyununda iştirak edən digər idmançıların oyununu izləyib.

Oyunun birinci hissəsində amerikalılar şimali koreyalılara qarşı oynayıb. Lakin ikinci hissədə komandalar oyunu hər iki ölkənin oyunçularının iştirakı ilə davam edib.

Kim, onun xanımı və digər yüksək səviyyəli rəsmilər xarici mətbuatın girişinə qadağan olunmuş xüsusi yerdən oyunu izləyib.

Şimali Koreyaya səfərini müdafiə edən Rodman bu səyləri Şimali Koreyaya qapıların açılması məqsədi daşıdığını deyib.

Sabiq Milli Basketbol Assosiasiyasının ulduzu Şimali Koreya lideri ilə siyasi məsələləri müzakirə etməyin onun işi olmadığını deyib. Rodman Kimi yaxşı insan və ömürlük dostu adlandırıb.

Dövlət Departamenti və Ağ Ev rəsmiləri Rodmanın səfərinin heç bir köməyi olmadığını hesab etdiyini, lakin səfərə qarşı sanksiyaların tətbiq edilmədiyini bəyan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG