Accessibility links

Dennis Rodman: Hər şey faciə ilə bitə bilərdi


ABŞ-ın Milli Basketbol Assosiasiyasının (NBA) sabiq ulduz oyunçusu Dennis Rodman çərşənbə axşamı deyib ki, ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Conq Un arasında zirvə görüşünün keçirilməsinə çox şaddır.

CNN televiziya kanalına müsahibəsində Rodman hər iki ölkənin yola getdiyini görmək istədiyini bildirib. Sabiq peşəkar basketbolçu əlavə edib ki, Tramp qeyri-adi düşünə bildiyi üçün alqışa layiqdir.

57 yaşlı veteran idmançı bazar ertəsi Sinqapura çataraq, Tramp və Kim arasında zirvə toplantısının keçirildiyi məkana gəlib. Rodman bu zirvə toplantısından xeyli öncə dəfələrlə Şimali Koreyaya səfər edərək, Kim ilə görüşüb. O əlavə edib ki, keçən il Tramp və Kim arasında baş verən söz atışmasına görə bu zirvə toplantısı keçirilməyə bilərdi:

“Bilirsiniz, bu bir faciə ilə bitə bilərdi. Tramp daha sonra fərqli şeylər deyə bilərdi. Kim fərqli şeylər deyə bilərdi. Hər iki liderin görüşün hara aparacağına baxırlar, ona görə də insanlar hal-hazırda bu görüşdən həddindən artıq çox şey gözləməməlidir.”

2013-cü ildə sabiq peşəkar basketbol oyunçularını özü ilə bərabər Şimali Koreyaya aparan Rodman ölkələr arasındakı buzun əriməsinə səy göstərdiyini bildirmişdi.

XS
SM
MD
LG