Accessibility links

Amerikalı basketbolçu Dennis Rodman yenidən Şimali Koreyaya səfər edib


ABŞ-ın Milli Baketbol Assosiasiyasının( NBA) sabiq ulduzu Dennis Rodman Şimali Koreyaya səfər edib. Onun səfəri ciddi suallar doğursa da, repressiv ölkədə saxlanılan amerikalının azad edilməsinə yardım edə bilər.

Rodman Pxenyana uçmaq üçün Pekinin beynəlxalq hava limanında müxbirlər tərəfindən əhatə olunub.

Müxbirlərdən biri ona sual verib: “Siz bura sadə vətəndaş qismində gəlmisiniz, siz prezident Trampla ümumiyyətlə danışmısınızmı?”

Rodman bunun cavabında deyib: “Mən əminəm ki, prezident bizim hər ikimiz üçün lazımlı məsələni həll etməm üçün burada olduğumdan razı qalacaq.”

Onun cavabının ardınca müxbir ona “Siz hansı tapşırığı yerinə yetirmək istəyirsiniz?” sualını verib.

Rodman ona “Mən sadəcə qapını açmaq istəyirəm” deyib.

22 yaşlı tələbə Otto Varmbier də daxil olmaqla, dörd amerikalı hazırda Şimali Koreyada saxlanılır. O, təbliğat plakatı oğurlamaqda təqsirləndirilərək 2016-cı ilin yanvarında 15 il müddətinə ağır islah rejimli həbsə məhkum edilib.

Həbs edilən amerikalılar barədə müxbirin sualına Rodman bununla bağlı nə isə edə biləcəyini düşündüyünü deyib.

56 yaşlı sabiq basketbol ulduzu azı dörd dəfə Şimali Koreyaya səfər edib və NBA-nin pərəstişkarı olan ölkənin gənc lideri Kim Conq Unla dost münasibətlər yaradıb. O əsasən də Rodmanın 1990-ci illərdə üzvü olmuş Chicago Bulls komandasına pərəstiş edir.

Rodmanın Şimali Koreyaya fərdi vətəndaş qismində səfəri narahatlıqla qarşılanıb.

Lakin Rodmanın ABŞ prezidenti Donald Trampla da əlaqəsi var. O, iki dəfə Trampın “Celebrity Apprentice” şousunda iştirak edib. Və ötən il prezident seçkiləri dövründə Tvitter hesabında gələcək prezidenti dəstəkləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynada daşqın ərazilərində xilasetmə işləri davam edir
please wait

No media source currently available

0:00 0:11:24 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG