Accessibility links

Rohinca böhranının 2018-ci ildə də davam edəcəyi gözlənilir [Video]


Rohinca böhranının 2018-ci ildə də davam edəcəyi gözlənilir
please wait

No media source currently available

0:00 0:02:28 0:00

Myanma polis postlarına üsyançı hücumu iddialarından sonra başlayan Rohinca böhranından dörd ay keçir. Bu böhran nəticəsində qonşu Banqladeşə 650 min rohinca qaçıb.

Son dörd ayda Myanma qüvvələrinin zorakı təqiblərindən qaçan 650 min Rohinca qaçqını qış mövsümü ilə üzləşir.

Biz hədəf ailələrə daha yaxından nəzər salırıq və 4-6 nəfərlik ailələrin ərzaq paylarını artırmağı düşünürük, 6-8 nəfərlik ailələr isə iki dəfə çox ərzaq payı alacaq. Biz ‘biz acıq, kifayət qədər yeməyimiz’ yoxdur deyən insanların ehtiyaclarını qarşılamalıyıq.
Şelli Takral

Ərzaq və sığınacaq təchizatı yavaş-yavaş mütəşəkkil hal alır, amma növbələr hələ də çox uzundur və səkkiz nəfərdən çox ibarət ailələr üçün ərzaq çatışmır.

“Onlar bizə 10-12 kiloqram düyü verir, amma bu yetərli deyil. Onlar bunu bizə hər ay verir. Amma mən 10 kiloqramdan çox düyü almamışam,” deyə qaçqın Fatimə Nur bildirir.

Ümumdünya Ərzaq Proqramı 185 min ailəyə 20 min ton düyü paylayıb, amma bunun yetərli olmadığını etiraf edir.

“Biz hədəf ailələrə daha yaxından nəzər salırıq və 4-6 nəfərlik ailələrin ərzaq paylarını artırmağı düşünürük, 6-8 nəfərlik ailələr isə iki dəfə çox ərzaq payı alacaq. Biz ‘biz acıq, kifayət qədər yeməyimiz’ yoxdur deyən insanların ehtiyaclarını qarşılamalıyıq,” təşkilatdan Şelli Takral deyir.

Sərhədsiz Həkimlər təşkilatının Bu yaxınlarda düşərgələrdə keçirdiyi rəy sorğusu nəticələri Myanmada hücum zamanı azı 6700 rohincanın öldürüldüyünü göstərir, peyk görüntülərində isə noyabr ayında daha 40 kənddə binaların dağıldığı görsənir. Bu isə dağıdılan kəndlərin sayını 354-ə çıxarır.

Zorakılıqla bağlı dəlillər artdıqca, böhran işçiləri arasında fikir birliyi möhkəmlənir.

“Bütün bu travmatik vəziyyətləri yaşayıb, qardaşları, bacıları, anaları, atalarının gözlərinin önündə öldürülüb, zorlandığını görən insanların indi geri dönmələri doğru deyil,” deyə NonViolent Peacefore təşkilatından Aservatam Florinqton söyləyir.

Dekabr ayına olan məlumata görə, düşərgədəki ümumi qaçqın sayısı təxminən 860 mindir. Buna təqiblərdən öncə qaçan insanlar da daxildir. Muhamin Amar kimi qaçqınlar isə evə dönməyi düşünmür.

Rohinca qaçqını
Rohinca qaçqını

“Biz haqlarımızı almadığımız təqdirdə Myanmaya geri dönməyəcəyik. Əgər biz ora getsək, onlar bizi kəsəcək, öldürəcək, güllələyəcək. Ona görə də, biz hələ ki, geri dönməyəcəyik,” o deyir.

Myanma höküməti rohincalara qarşı zorakılıq ittihamlarını rədd edir, amma bu müsəlman azlıq qrupunun nə zaman geri dönə biləcəkləri hələ ki, bəlli deyil. Bu arada isə qaçqın düşərgələrindəki humanitar böhranın 2018-ci ildə də davam edəcəyi gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG