Accessibility links

Banqladeşdə Rohinca ailələrini bir araya gətirməyə çalışırlar [Video]


Banqladeşdə Rohinca ailələrini bir araya gətirməyə çalışırlar
please wait

No media source currently available

0:00 0:01:59 0:00

Rohinca qaçqınlarının Myanmadan Banqaldeşə axını yavaşladığı bir vaxt, diqqət böhranın ayırdığı ailələri birləşdirməyə yönəlib.

Myanmada hərbi təzyiq nəticəsində yaralanan insanların sayı Koks Bazar şəhərinin əsas xəstəxanasındakı yataq sayısından çoxdur.

Ailələri bir araya gətirmək çox çətindir, çünki insanlar çox yer dəyişir və Ookeadan tutmuş Teknafa kimi çox böyük bir əraziyə yayılıblar. Bu səbəbdən də onlarla əlaqə saxlamaq çox çətindir
Miriam Əl-Xatib

Myanma ordusunun Raxine ştatında həyata keçirdiyi etnik təmizləmə nəticəsində çox az sayda ailə parçalanmadan bir arada qala bilib.

Altı yaşlı Fatimə Birma ordusunun hücumundan qaçmaq üçün yanan evinin ikinci mərtəbəsindən tullanırkən ayağını sındırıb. İndi o çətinliklə danışır.

“Mən təkcə öz övladım deyil, ordu tərəfindən öldürülən bütün uşaqlara görə kədərlənirəm. O uşaqların ataları da mənim kimi öz uşaqlarına görə kədərlənirlər. Ordu bir çox qızı zorlayıb, bir çox insanı isə döyüb və öldürüb”, deyə Fatimənin atası Muhib Bullah bildirir.

Çox sayda ailələr sərhədi keçməyə çalışarkən ayrı düşüb. Bu isə bir çox uşağın ailəsiz və qayğısız qalmasına səbəb olub.

Beynəlxalq Qırmızı Xaç Komitəsi kimi yardım qruplarıının əsas prioriteti uşaqları qeydiyyatdan keçirib, ailələrinə qovuşdurmaqdır.

Lakin 500 mindən çox insan arasında bunu etmək çox çətindir.

“Ailələri bir araya gətirmək çox çətindir, çünki insanlar çox yer dəyişir və Ookeadan tutmuş Teknafa kimi çox böyük bir əraziyə yayılıblar. Bu səbəbdən də onlarla əlaqə saxlamaq çox çətindir”, komitədən Miriam Əl-Xatib söyləyir.

Banqladeşdə Rohinca müsəlmanları
Banqladeşdə Rohinca müsəlmanları

Xəsarət alan insanlar müalicə olunur. Lakin indi artıq ciddi travma yaşayan ailələr üçün psixi sağlamlıq klinikaların təsisi planlaşdırılır.

“Biz həkimik, eyni zamanda isə insanıq. Onların çəktikləri iztirablar dözülməzdir. Onların vəziyyəti tamamilə viranedicidir. Mən daha öncə buna bənzər mənzərə görməmişdim”, deyə Sadar Hospitalından Dr. Şahin Çodhuri bildirir.

Banqladeş 500 min əlavə insanı yerləşdirmək üçün hazırkı düşərgələri genişləndirsə də, bir çoxları bu böhranın gözlə görünməyən ziyanlarına diqqətin ayrılmayacağından narahatdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG