Accessibility links

BMT: Rohinca qaçqınlarının yaşayış şəraiti dözülməzdir


BMT-nin qaçqınlar agentliyinin rəy sorğularına görə, Banqladeşdə Rohinca qaçqınlarının təhlükəsizliyi və səhhəti barədə narahatlıqlar mövcuddur.

Myanmadan qaçanlar artıq dördüncü aydır Banqladeşin Koks Bazar şəhərində sığınacaq tapıb. Zorakılıqlardan qaçan 645 minə yaxın insan yoxsulluq və darısqallıqda yaşayır.

Qətllərə şahid olanlar, işgəncələrə məruz qalanlar və zorlananların psixoloji yardıma ehtiyacı var

BMT və digər 13 təşkilatın rəy sorğuları qaçqınların güclü bir şəbəkə yaradaraq, çətinliklərin öhdəsindən gəlməyə çalışıldığı müəyyən edib.

BMT-nin qaçqınlar agentliyinin sözçüsü Andrey Mahecicin dediyinə görə, qaçqınları problemləri çoxdur. Onlar təhlükəsizlikləri, yaşayış şəraitinin ağırlığından şikayətlənir.

“Sanitariya vəziyyəti bərbaddır.Tualetlərə uzun növbələr olur. Qadın və qızların kifayət qədər yuyunma imkanı yoxdur. Bəzən onlar səhər tezdən öz çadırlarında yuyunmalı olur”- deyə, sözçü bildirib.

Sorğunun nəticələrinə görə, uşaqlar su və odun toplamaq üçün uzun məsafələr qət eməli olur. Bu, onları risk altına qoyur.

Mahecicin dediyinə görə, Uşaqların nə təhsil, nə də oynamaq üçün yerləri var. O, səhiyyə xidməti sahəsində çətinliklər olduğunu bildirir.

“Qətllərə şahid olanlar, işgəncələrə məruz qalanlar və zorlananların psixoloji yardıma ehtiyacı var. Xüsusilə də, yaşlı və əlillərin. Gəncləri isə qeyri-müəyyən gələcəkləri qorxudur”, Mahecic bildirir.

Mahecic deyir ki, qaçqınlar agentliyi gələn il Rohinca qaçqınlarının müdafiəsi və onlara yardım proqramlarınını artıracaq.

Onun dediyinə görə, qadın və qızların sanitariya və gigiyenası üçün yardım səyləri gücləndirilib. Mahecic uşaqlar üçün təhlükəsiz oyun meydançaları yaradılacağını bildirib.

Səhiyyə rəsmiləri isə vaksinasiya qıtlığı üzündən xəstəliklərin yayılma riski barədə xəbərdarlıq verir. Natəmizlik səbəbi ilə infeksion xəstəliklərin yayılma imkanı olduqca yüksəkdir.

XS
SM
MD
LG