Accessibility links

Banqladeşdə Rohinca qaçqın düşərgələrində minlərlə kimsəsiz uşaq qeydiyyata alınıb


Banqladeş hökuməti Rohinca qaçqın düşərgələrində minlərlə kimsəsiz uşağı qeydiyyata alıb. Rəsmilər və yardım təşkilatları uşaqlarla nə ediləcəyini müəyyən etməyə çalışır.

Birmanı tərk edən məcburi köçkünlərin sayı 600 mindən çoxdur. Avqustin 25-dən Arakan vilayətindəki bu insanlar Rohinca Qurtuluş Ordusunun hücumlarına məruz qalıb. Qaçqınların əksəriyyətini uşaqlar təşkil edir.

​Benqal korfəzində qaçqınlarla dolu qayıq çevrilərək, uşaqlar da daxil olmaqla, 12 nəfərin ölümünə səbəb olub. Onlar Banqladeşin balıqçılar kəndinin yaxınlığında basdırılıblar.

Sərhədi keçərək digər sahilə çatmağa müvəffəq olanlar isə haldan düşmüş, susamış və ac vəziyyətdədirlər.

Myanma-Banqladeş sərhədinə üz tutan 15,000 qaçqının yeni dalğası BMT rəsmilərini onların təhlükəsiz ərazilərə rahatlıqla keçmələrinə şərait yaradılması çağışları ilə müşayiət olunub.

ABŞ dövlət katibi Reks Tillerson deyib ki, o hazırda Myanmada Rohinca müsəlman əhalisi arasında qaçqın böhranına görə ölkənin hərbi rəhbərliyini məsul tutur.

ABŞ dövlət katibinin bu açıqlamaları Amnesty International təşkilatının hesabatından sonraya təsadüf edir. Beynəlxalq təşkilat Myanma təhlükəsizlik qüvvələrini Rohinca icmasını sistematik şəkildə etnik təmizlənməyə məruz qoymaqda ittiham edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG