Accessibility links

Rohinca qaçqınlarının 60 faizi travma almış uşaqlardır


Haldan düşmüş və travma almış uşaqlar Rohinca qaçqınlarının 60 faizini təşkil edir. Humanitar təşkilatların etnik təmizləmə adlandırdıqları hadisələr nəticəsində yüz minlərlə insan ağır şəraitdə Banqladeşə üz tutub.

Avqust ayından etibarən sərhədi keçən qaçqınların sayı təxminən 320,000 nəfərdr. BMT-nin Uşaq Fondunun cümə günü verdiyi məlumata görə, bu müddət ərzində gündə 1,200-1,800 arası uşaq sərhədi keçib. Banqladeşin sosial xidmətlər idarələrinin qaçqın düşərgələrində keçirdiyi sorğulardan sonra məlum olub ki, 13,751 qaçqın uşağın valideynlərinin biri, ya da hər ikisi yoxdur.

“Banqladeşdə qaçqın düşərgələrində olan Rohinca qaçqınları uşaqları Myanmada heç bir uşağın görməli olmadığı vəhşiliklərin şahidi olublar və böyük itkilər yaşayıblar.” - deyə UNICEF-in icraçı diretoru Entoni Leyk öz bəyənatında bildirib.

Myanmanın şimalında yerləşən Rakhayn vilayətində Rohincalara qarşı hücumlar avqustun 25-i Arakan Rohinca Həmrəyliyinin hərbi militantları tərəfindən 30 polis postuna hücumundan sonra başlayıb. Human Rights Watch təşkilatı çərşənbə axşamı peyk fotolarını yayaraq, həmin tarixdən etibarən ən azı 288 kəndin qismən və ya tam olaraq məhv edildiyini nümayiş etdirib.

Asiya İnsan Hüququları Şurasının cümə günü yaydığı peyk potolarından isə məlum olub ki, həmin kəndlərin 66-sı sentyabrın 5-dən, təhlükəsizlik əməliyyatlarının bitməli olduğu tarixdən sonra yandırılıb.

Myanma bildirib ki, qaçqınlar öz evlərinə qayıtmaqda azaddırlar. Lakin qaçqınların əksəriyyəti geri dönəcəkləri halda təqib, təcavüz və qətl qurbanları olacaqlarından qorxurlar.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG