Accessibility links

Rokfeller Mərkəzindəki yolka ağacı evlərin tikintisində istifadə olunur [Video]


Rokfeller Mərkəzindəki yolka ağacı evlərin tikintisində istifadə olunur
please wait

No media source currently available

0:00 0:01:45 0:00

Hər il Birləşmiş Ştatlarda 25-30 milyon yolka ağacı satılır. Bayramdan sonra isə onların çoxu tullanır, amma hamısı deyil. Bəziləri taxta kəsən maşınlara qoyulub, bağçalar üçün saman örtüyünə çevrilir, bəziləri isə göl və körfəzlərdə balıqlar üçün süni riflər kimi istifadə olunur. Amma ölkənin ən məşhur yolkası hər il Habitat for Humanity xeyriyyə təşkilatı tərəfindən evlərdə tikinti materialı olaraq istifadə olunur.

Nyu Yorkda Rokfeller Mərkəzinin qarşısında 85 ildir böyük yolka ağacı qurulur. Bu il həmin ağac 12 ton ağırlığında, 80 yaşlı 23 metrlik norveç küknarıdır. O, Pennsilvaniya ştatının Steyt Kollec şəhərindən gətirilib.

Ağac yanvarın 9-da yığışdırılanda bir digər bayram ənənəsi olaraq taxta parçalarına çevrilib, evlərdə istifadə üçün Habitat for Humanity təşkilatına ianə ediləcək.

Bu, bayram əhval-ruhiyyəsini yayıb, diqqəti qrupun insanları əlverişli evlə təmin etmək səylərinə çəkməyə imkan yaradır.

Ötən ilki ağacdan hazırlanan taxtalar indi Rokfeller Mərkəzindən 80 kilometr uzaqlıqda yerləşən Nyubor şəhərindəki evlərdə istifadə olunur. Bu taxta parçalarının üzərində xüsusi möhür var.

“Mən onun gəldiyini görəndə, üzərindəki möhürü görəndə sevinirəm. Bu taxtanın insanlara sevinc gətirən ağacın bir parçası olduğunu bilmək çox gözəldir,” deyə Habitat for Humanity-dən Kati Kollins bildirir.

Küknar və şam ağaclarından hazırlanan taxtaların qüsurları olur və onlar çox ağırlıq daşıya bilmir. Ona görə də, Habitat könüllüləri onlardan döşəmələri sabitləşdirmək və ya daxili divarlar üçün istifadə edir.

Mən onun gəldiyini görəndə, üzərindəki möhürü görəndə sevinirəm. Bu taxtanın insanlara sevinc gətirən ağacın bir parçası olduğunu bilmək çox gözəldir.
Kati Kollins

“Bizdə böyük bir parça var. Biz ondan evdə istifadə edə bilmərik. Amma kiçik parçalarını istifadə edə bilərik,”Habitat for Humanity-nin koordinatoru Coş Zaloqa söyləyir.

Evlərin tikintisi bitəndən sonra, bu taxtaların çoxu divarların və tavanın içində qalır və görsənmir.

Amma ev sahibləri onun orada olduğunu bilir.

“O ağac atılmadı, mənim evimdə istifadə olundu,” ev sahibi Viridiana Perez deyir.

Bu məlumatla onlar bayram əhval-ruhiyyəsini canlı tuturlar.

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG