Accessibility links

BMT rəsmisi: Rakxayn vilayətində qalan Rohinca müsəlmanları etnik təmizlənməyə məruz qalmaqda davam edir


BMT rəsmisi Myanma təhlükəsizlik qüvvələrinin ölkənin şimal-qərbindəki Rakxayn vilayətində qalan müsəlmanların insan haqlarını pozmaqda davam etdiyini deyib.

BMT baş katibinin insan haqları məsələləri üzrə müavini Endryu Gilmor deyib ki, Banqladeşdən dönən qaçqınlarla söhbətindən sonra o, Rohinca müsəlmanlarının Myanmadan etnik təmizlənməsinin davam etdiyinə inanır.

“Myanma tərəfdə etnik təmizləməyə heç kəs bərabət qazandırmaq istəmir. Amma digər tərəfdən, heç kim insanları geri, ölümə dönməyə məcbur edə bilməz. Hazırda orada nələr baş verir – insanlar təkcə öldürülmür, onlar hələ də geniş miqyasda cinsi zorakılığa məruz qalır. İnsanlar yalnız güc və təhdidlərə mıəruz qalmır, onların gələcək həyat imkanlarının məhv ediməsi sistematik şəkildə davam etdirilir” deyə, cənab Gilmor bildirib.

Myanma və Banqladeş Rohinca müsəlmanlarının geri qaytarılması ilə bağlı razılıq əldə etsə də, cənab Gilmor deyir ki, hazırkı şəraitdə geri dönənlərin təhlükəsizliyinin təmin ediləcəyinə ümid etmək mümkün deyil.

Keçən ilin avqust ayından bəri təxminən 700 minə qədər Rohinca müsəlman Myanma təhlükəsizlik qüvvələrinin təcavüzündən xilas olmaq üçün ölkəni tərk edib.

XS
SM
MD
LG