Accessibility links

Rolls-Royce yeni SUV modelinin açıqlayıb


Pulu çox olan avtomobil həvəskarları artıq lüks ofroderə sahib ola biləcəklər. Rolls-Royce bu həftə SUV model istehsal etmək planlarını açıqladı. Cullinan adlanacaq modelin dəyəri 325,000 dollar olacaq.

Cullinan-ın mühərriki 6.75 litr, cüt-turbo V12, at gücü isə 563 olacaq. Bu modelə Rolls-Royce-un ənənəvi xüsusiyyətləri əlavə ediləcək.

Yeni modelin 2019-cu ildən satışa çıxarılacağı planlaşdırılır.

SUV və pikap avtomobillərinin satışında artım ABŞ avtomobillərin ümumi satışınının artmasına səbəb olub. Mart ayına olan rəqəmlərə görə, SUV və pikapların satışı 16.3 faiz, bütövlükdə avtomobil satışı isə 9.2 faiz artıb. Satılan avtomobillərin təxminən üçdə ikisi SUV-lərdir.

XS
SM
MD
LG