Accessibility links

Papa Rohincalardan çəkdikləri əzablara görə əhv xahiş edib


Roma Papası Fransis cümə günü Rohinca müsəlmanları qaçqınlarından bütün çəkdikləri əzablara görə əfv xahiş edib. Papa, çıxışında Myanma səfəri zamanı işlətmədiyi və həssas qəbul edilən “Rohinca” ifadəsindən istifadə edib.

Rohincalar ilə emosional görüş zamanı Papa müsəlman qaçqınları salamlayıb və xeyir-dua verib. Daha sonra Papa Fransis Rohincalardan onları təqib edən və incidənləri əhv etmələrini rica edib.

Roma Papası cümə günü səhər saatlarında Banqladeş paytaxtı Dəkkədə 16 keşinin təyin edilməsi mərasimində iştirak edib. Mərasımdə təxminən 100,000 insanın iştirak etdiyi bildirilir.

Banqladeşə getməkdən öncə Roma Papası Fransis qonşu Myanmada dörd günlük səfərdə olub. Həmin ölkədə olduğu müddətdə Papa Rohincaları qeyd etmədiyi üçün insan hüququları fəalları tərəfindən tənqid edilmişdi.

Rohincalar əksəriyyəti buddist olan Myanmada azlıqda olan etnik qrupdur. Bir neçə nəsil Myanmada yaşadıqlarına baxmyaraq, myanmalılar onları Banqladeşdən gələn mühacirlər hesab edirlər və onları bəzi mühüm hüquqlarla təmin etməkdən imtina edirlər.

Avqust ayından etibarən Rohincaların vəziyyəti ağırlaşmağa başladı. Myanma polisinə edilən hücumlara cavab olaraq ordu Rohinca kəndlərinə qarşı hərbi hücumlara başladı. Müxtəlif hesabatlara görə bu hücum kampaniyası zamanı çoxlu sayda təcavüz, irqi zəmində qətllər həyata keçirilib. Nəticədə 620,000 Rohincanın Banqladeşə köçü baş verib.

Roma Papası Rohincalara qarşı rəftarı daha öncə qınamışdı. Amma ölkədə yaşayan 650,000 katolikə qarşı potensial təqiblərdən narahat olan müşavirlər Papaya Myanmaya səfəri zamanı bu barədə danışmamağa tövsiyə etmişdilər.

XS
SM
MD
LG