Accessibility links

Dünya bankının rəhbəri Roma Papası ilə görüşüb


Dünya Bankının prezidenti Cim Kim və Roma Papası Fransis dünyada yoxsulluğa qarşı birgə mübarizənin daha səmərəli yollarını müzakirə ediblər. Vatikanda keçirilən görüş təxminən bir saat sürüb.

Dr. Kim həddən ekstremal yoxsulluğun aradan qaldırılmasını başlıca priorietlərdən biri etdiyini deyib.

Roma Papası Fransis kilsə üzvləri və rəsmiləri cəmiyyətdə ən yoxsul təbəqəyə mənsub insanlara xidmət etməyə çağırıb.

Pontif dünyada katolik dininə mənsub bir miliyarddan çox insanın ruhani lideridir.

Dünya Bankı dünyada inkişaf etməkdə olan ölkələr üçün maliyyə və texniki yardım ayırır.
XS
SM
MD
LG