ABŞ-da səfərdə olan Roma Papası Fransis 3-cü, sonuncu dayanacağı olan Pensilvaniya ştatının Filadelfiya şəhərinə çatıb. Papanın ABŞ səfərinə prezident Barak Obama ilə danışıqlar, Birləşmiş Ştatlar Konqresinə müraciət və Nyu-York şəhərinin Madison Meydan Bağı idman areanasında insanlar qarşısında çıxış kimi mühüm hadisələr daxil olub.
Filadelfiyada Papa Fransis Müqəddəs Piter və Polim Basilika Kafedralında kütlə qarşısına çıxış edib. Daha sonra onun İstiqlaliyyət Parkı baş çəkəcəyi və Dünya Ailələr Toplantısına qatılacağı gözlənilir.
Roma Papası Fransis Nyu-Yorkda BMT-nin baş qərargahında dünya liderləri qarşısında çıxış edib. O, dünya liderlərini iqlim dəyişikliyinə, yoxsulluğa qarşı mübarizəyə və münaqişə zonalarından qaçan miqrantlara kömək etməyə çağırıb.
BMT-də çıxışından sonra papa 11 Sentyabr Milli Xatirə Abidəsində dini mərasimə qatılacaq. O, həmçinin ispan əsilli xalqların və Afro-Amerikalıların əsasən məskunlaşdığı Harlem rayonunda yerləşən Roma Katolik orta məktəbini ziyarət edəcək.