Accessibility links

Papa Fransis Myanmaya səfər edib


Papa Fransis Myanmanın Yanqon şəhərində onu qarşılayanlarla görüşür.
27 noyabr, 2017.
Papa Fransis Myanmanın Yanqon şəhərində onu qarşılayanlarla görüşür. 27 noyabr, 2017.

Roma Papası Fransis Rohinca qaçqın böhranına beynəlxalq səviyyədə diqqəti cəlb etmək üçün Myanmaya səfər edib.

Papa Fransis Yanqon aeroportunda Myanmanın ən kiçik dini qrupu olan katolik ruhanilər tərəfindən qarşılanıb. Myanmada xristianların sayının az olmasına baxmayaraq, xeyli sayda insan əllərində Vatikanın sarı rəngli bayraqları ilə Yanqon küçələrinə çıxaraq Papa-nın avtokarvanını salamlayıb.

Papa Myanmada qaldığı müddətdə ayrı-ayrılıqda Myanmanın lideri Aunq San Suu Kyi və Buddist rahiblərlə görüşəcək.

Roma Papası Rohinca qaçqınları ilə görüşmək üçün cümə axşamı Banqladeşin Daka şəhərinə səfər etmişdi.

Myanma və Banqladeşin rəsmiləri Banqladeşə qaçan Rohinca müsəlmanlarının Myanmaya geri dönməsinə ümid bəslədiyini bildirib.

XS
SM
MD
LG