Accessibility links

Roma Papası Fransis əməliyyatdan sonra Vatikana qayıdıb


Papa Fransis bağırsaq əməliyyatı keçirdiyi xəstəxanada 11 gündən çox qaldıqdan sonra Vatikana dönüb.

Papa avtomobil ilə Vatikana gəlib və yavaş-yavaş köməksiz bir şəkildə düşüb. Vatikana daxil olmadan əvvəl hərbi personal və polis məmurlarına əl verərək sıxaraq və söhbətləşib.

Vatikanın sözçüsü Matteo Bruni Fransisin Vatikana dönməzdən əvvəl Santa Maria Maccioredəki Roma Bazilikasında dua etmək üçün dayandığını deyib. Fransis adətən bunu hər xarici səfərinin sonunda Madonnaya təşəkkür etmək üçün edir.

“Xəstəxanada qaldığım müddətdə dua və sevgi ilə mənə yaxın olanların hamısına təşəkkürümü bildirirəm. Xəstələr və onlara kömək edənlər üçün dua etməyi unutmayaq” - deyə, Papa Fransis çərşənbə günü Twitter hesabından paylaşım edib.

O, “skleroz divertikulit iəlamətləri olan şiddətli divertikulyar stenoz” və ya bəzən bağırsada əmələ gələn kisələrin sərtləşməsini müalicə etmək üçün iyulun 4-də üç saatlıq planlı əməliyyat keçirmişdi. Əməliyyat Papanın yoğun bağırsağının böyük bir hissəsinin götürülməsini tələb etmişdi.

Fransis ümumilikdə sağlam hesab olunurdu və baxmayaraq ki, gəncliyində infeksiya səbəbi ilə ağciyərinin yuxarı hissəsini itirmişdi, bu onun 2013-cü ildə Papa olandan bəri xəstəxanaya ilk müraciətidir, Bundan əlavə, o, işias və ya sinir ağrısından əziyyət çəkir ki, bu da onu axsamağa məcbur edir.

Baxmayaraq ki, iyul Papanın ictimai və özəl görüşlərini ləğv etdiyi aydır, Vatikan onun yoxluğunda normal fəaliyyətini davam etdirib.

Şərhlərə bax

XS
SM
MD
LG