Accessibility links

Ronda Rouzi ola bilsin ki, bir daha rinqə çıxmasın


UFC nümayəndəsindən Rondanın rinqə qayıtma şansı haqda soruşduqda o, “əgər mənim indi, burada cavab verməmi istəyirsinizsə, mən deyə bilmərəm ki, o bir daha döyüşəcək” deyə əlavə edib.

Dana Vayt Rondanın döyüşlə vidalaşdığını və döyüşdən kənar, sakit həyat sürməyə başlayacağını düşündüyünü deyib.

Rouzi sonuncu dəfə bir ay əvvəl rinqə çıxıb və texniki nokautla Amanda Nunesə məğlub olub.

Bundan əvvəl isə 2015-ci ilin noyabrında keçmiş çempion Holli Holma məğlub olmuşdur.

O döyüşdən əvvəl isə ona televiziya şouları və filmlərdə rollarda iştikak təklifləri gəlməsi ilə bağlı söz-söhbət dolaşırdı. Amma indi görünür bu təkliflərin sayı azalıb.

XS
SM
MD
LG