Accessibility links

Roskomnadzor müstəqil media saytlarına girişi məhdudlaşdırıb


Rusiyanın media tənzimləyicisi Roskomnadzorun bildirdiyinə görə, martın 4-də Ukraynaya davam edən işğal fonunda hakimiyyət rusdillilərin kənar məlumatlara çıxışının qarşısını almaq üçün müstəqil media saytlarına girişi məhdudlaşdırıb.

GlobalCheck veb monitorinq qrupu və digər indikatorlar bildirib ki, AzadlıqRadiosunun çox sayda hesabları, BBC və Deutsche Welle-nin rus dilindəki hesabları, Facebook, Twitter, Apple və Google-un App proqramları martın 3-dən 4-nə keçən gecə bloklanıb.

Sosial media saytları və tətbiq mağazalarının nə üçün hədəf alındığı bəlli olmayıb, ancaq Moskvanın bir çox texnoloji provayderlər və platformalar ilə istifadəçi məlumatları ilə bağlı uzun müddətdir davam edən mübahisələri var idi.

Bloklamalar martın 3-dən 4-nə keçən gecə başlayıb və prezident Vladimir Putinin Rusiyanın postsovet qonşusuna genişmiqyaslı hərbi müdaxilə barədə əmrindən sonra AzadlıqRadiosuna və digər Kütləvi İnformasiya Vasitələrinə hədə-qorxu və məcburi bloklar davam edir.

GlobalCheck bildirib ki, bəzi saytlar hələ də Rostelecom abunəçiləri üçün açıqdır.

Bütün bu bloklamalar Rusiyadan AzadlıqRadiosu-nun rus xidmətinə çıxışa mane olur.

Rusiyada AzadlıqRadiosu-nun regional rusdilli “Şimal.Reallıqlar” və “Sibir.Reallıqlar” saytları, Tatar-Başqırd xidmətinin azatliq.org və idelreal.org saytları, Şimali Qafqaz xidmətinin idarə etdiyi “Caucasus.Realities” saytları da bloklanıb.

AzadlıqRadiosunun Amerikanın Səsi ilə əməkdaşlıq etdiyi rusdilli şəbəkəsi “Current Time” saytı fevralın 28-dən Rusiya hakimiyyəti tərəfindən bloklanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG