İran prezidenti Həsən Ruhani çərşənbə günü avqustun 14-ü İran və digər İran körfəzi dövlətlərinin bölgənin təhlükəsizliyini qoruya biləcəyini və xarici qüvvələrə ehtiyac olmadığını söyləyib. Ruhani ABŞ-ın bölgədəki dəniz təhlükəsizlik missiyasını çoxdan rədd etdiyini təkrarlayıb.
İran keçən ay Britaniya bayrağı altında üzən gəmini ələ keçirdikdən sonra Birləşmiş Ştatlar İngiltərəni dəstəkləyərək körfəzdə dəniz təhlükəsizliyi missiyasına başlayıb.
İki həftə əvvəl dəniz piyadaları İngiltərənin Aralıq dənizi ərazisindəki Cəbəllütariq ərazisində İran tankerini Avropa sanksiyalarını pozaraq Suriyaya neft aparmaqda şübhəli bilərək ələ keçirib.
Prezidentin mətbuat katibi Əli Rabieyi dövlət televiziyasına İran tankerinin ələ keçirilməsinin "yanlış addım" olduğunu və Cəbəllütariq məhkəməsindən tankerin yaxın günlərdə sərbəst buraxılması ilə bağlı qərar verməsini gözlədiyini söyləyib.
İran çərşənbə axşamı İngiltərənin tezliklə Grace 1 neft tankerini sərbəst buraxa biləcəyini söyləyib, lakin bu bəyanat Cəbəllütariq səlahiyyətliləri tərəfindən rədd edilib.
Son ay davam edən bu qarşıdurma Vaşinqton İranın nüvə proqramını məhdudlaşdıran razılaşmadan çıxdıqdan və iqtisadi sanksiyaları bərpa etdikdən sonra Tehranla Qərb arasındakı qarşıdurma daha da artıb.