Accessibility links

Qaydasız döyüş ulduzu Ronda Rousi ailə qurur


Qaydasız döyüş ulduzu Ronda Rousi Travis Braun ilə qarşıdakı toyu haqda bəzi detallar açıqlayıb və görünür, toy o qədər də dəbdəbəli olmayacaq.

İlk öncə idmançı toyun keçiriləcəyi yerin Havay adalarında olacağını deyib. Bilməyənlər bilsin ki, Travis Havay adalarına daxil olan O`ahu-dandır. Və Rousi onların adadakı evin arxa həyətində Meksika Korona məclisi ilə toy keçirəcəklərini deyib.

Rousi Travisin ona evlilik təklifini şiddətli yağışdan sonra şəlalə altında etdiyini deiyib. Rousi Travisin evlilik təklifi üçün xüsusi çıxış hazırladığını, lakin son anda hər şeyin dəyişdiyini və onun Rousiyə sadə bir təkllif etdiyini deyib.

Biz Yeni Zelandiyada, şəlalə altında idik və o mənə evlilik təklifi etdi. Bu qədər. Deyə Rousi bildirib.

Bundan sonra onların hər ikisi ağlamağa başlayıb və əlbəttə ki, Rousi hə cavabı verib.

Toyun vaxtı məlum deyil. Amma 2018-ci ilin yazı toy üçün çox münasib zamandır.

XS
SM
MD
LG