Cümə günü keçiriləcək toy mərasimi öncəsi açıqlanan rəsmi proqramda Britaniya şahzadəsi William və Kate Middletonun ictimaiyyətə minnətdarlığı nümayiş etdirilir. Proqramda cütlük ictimaiyyətə ən xoşbəxt günü olacağına ümid bəslənilən şadlıq mərasiminə qatıldığına görə təşəkkür edib. Suvenir proqram həmçinin göstərir ki, Kate Middleton nikah andında ənənəvi olaraq Şahzadə Williama "tabe" olacağını vəd etməyəcək, əvəzində onu “ sevəcəyini, şərəfləndirəcəini və saxlayacağını” deyəcək. Royal toya televizorda iki milyard adamın baxacağı güman edilir.