Accessibility links

Qırğızistanın müvəqqəti lideri ölənlərin sayının 2000 ola biləcəyini deyib


Ölkənin cənubuna səfər edən xanım Otunbayeva deyib ki, insanların evlərinə qayıtması üçün hökumət Oşda ciddi işlər aparır. O bu gün Rusiyanın Kommersant qəzetinə bildirib ki, Oş və Cəlalabadda etnik zorakılıqlar zamanı ölənlərin sayı rəsmi rəqəmlərdən 10 dəfə çoxdur.

Qırğızıstanın müvəqqəti hökumətinin rəhbəri Roza Otunbayeva ölkənin cənubunda zorakılıqlar baş qaldırandan bəri ilk dəfə olaraq Oş şəhərinə gedib. Vertolyotla səfər edən və təhlükəsizliyi güclü qorunan xanım Otunbayeva regiona bu gün çatıb. O deyib ki, insanların evlərinə qayıtması üçün hökumət Oşda ciddi işlər aparır. Xanım Otunbayeva bu gün Rusiyanın Kommersant qəzetinə bildirib ki, Oş və Cəlalabadda etnik zorakılıqlar zamanı ölənlərin sayı rəsmi rəqəmlərdən 10 dəfə çoxdur. Rəsmi rəqəmlər ölənlərin sayını 200 olaraq göstərir. Xanım Otunbayeva bu rəqəmin 2000 ola biləcəyini deyib. ABŞ dövlət katibinin yardımçısı Robert Bleyk 400 min nəfərin evindən didərgin düşməsi ilə nəticələnən zorakılıqların araşdırılmasına çağırıb. O bu gün Özbəkistanda qaçqın düşərgəsində və bəzi qaçqınların yerləşdirildiyi xəstəxanada olub

XS
SM
MD
LG