Accessibility links

Tərkibində probiotik olan pivənin insan orqanizminə faydası [Video]


Tərkibində probiotik olan pivənin insan orqanizminə faydası
please wait

No media source currently available

0:00 0:02:18 0:00

Sağlam bağırsağın həm fikizi, həm də zehni baxımdan insanın sağlamlığında oynadığı rolu ilə bağlı sübutlar getdikcə artır. Buna görə də bağırsağın sağlam olması üçün alimlər probiotik adlanan canlı bakteriyaları pivə də daxil olmaqla, müxtəlif ərzaqlara qatır.

Pivənin yaşı təxminən 4 min il əvvələ gedir və bu içkinin Şumer reseptinə əsasən hazırlandığı deyilir. İnsan sağlamlığı üçün o qədər də yaxşı olmadığı deyilən bu spirtli içki bu gün də populyardır. Lakin pivə haqdakı bu baxışlar dəyişir. Tədqiqatçı Alsin Çan: “Bu, sadə məsələ deyil. Əgər pivədə probiotik varsa və bu içkinin istehsalı heç vaxt dayanmayacaqsa, bu içki hər yerdə içilirsə, deməli, bu içkinin böyük market potensialı var.”

Sinqapur tədqiqatçıları xeyli vaxtdır probiotik adlanan bakteriyaların pivənin tərkibində canlı qalması yolunda iş aparır. Problem isə ondadır ki, pivə ilə probiotikın bir arada olması o qədər də asan deyil. “Pivənin tərkibindəki əsas maddələr probiotikləri öldürür. Biz isə elə bir yol tapmalıyıq ki, canlı probiotiklər ölməsin. Bu proses isə həqiqətən çox vaxt aparacaq” deyə. Alsin Çan bildirir.

Lakin onlar bunu isbat etdilər. Tərkibində canlı bağırsaq bakteriyası olan pivə orqanizmə və insanın immun sisteminə müsbət təsir göstərəcək. “Bu pivə turş dadır. Ona görə turş dadır ki, tərkibində süd turşusu istehsal edən probiotiklər var. Bəzən turşuluqdan əlavə meyvə dadları da hiss etmək olur. Bu pivənın tərkibindəki spirt də digər turş pivələrdə olduğu kimi 3.5 faizdir.”

Melissa Mak Kambocada çayla mayanın qarışığı olan içki satır və deyir ki, bu içki sağlamlığa faydalıdır. Melissa probiotik pivənın də dadına baxmağa hazır olduğunu deyir. “Bir tərəfdən siz pivənin yaxşı bir şey olmadığını düşünürsünüz. Lakin bu içkinin tərkibində yaxşı bakteriyalar və Lactobacillius kimi maya əlavə edildiyini bildikdə fikirləşirsiniz ki, bu, sağlamlığa faydalıdır, yoxsa ziyanlı. Hələ ki bunu bilən yoxdur.”

Tədqiqatçılar isə hazırda pivə istehsal edən şirkətlərlə bu pivənin istehsalı və bazara çıxarılması barədə danışıqlar aparır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG