Accessibility links

Rəsmilər terror şübhəlisinin Pakistanda təlim aldığını xəbər verir


Rəsmilər terror şübhəlisinin Pakistanda təlim aldığını xəbər verir
Rəsmilər terror şübhəlisinin Pakistanda təlim aldığını xəbər verir

30 yaşlı Faysal Şahzad Federal Təhqiqat Bürosu ilə əməkdaşlıq edir və dəyərli informasiya verir

ABŞ rəsmiləri Nyu York şəhərinin Tayms meydanında terror hücumunda cəhddə günahlandırılan Pakistanda anadan olmuş Amerika vətəndaşını dindirməkdə davam edib. Rəsmilər deyir ki, 30 yaşlı Faysal Şahzad Federal Təhqiqat Bürosu ilə əməkdaşlıq edir və dəyərli informasiya verir. Onların sözlərinə görə Şahzad sükut saxlamağa icazə verən Miranda hüquqlarından imtina edib. Bazar ertəsi axşam Nyu Yorkdan Dubaya uçmağa hazırlaşarkən Şahzad həbs olunaraq beş maddə üzrə ittiham edilib. Rəsmilər onun Pakistanın şimal qərbində partlayıcı maddələr üzrə təlim aldığını etiraf etdiyini xəbər verir.

XS
SM
MD
LG