Accessibility links

Donald Tramp Ağ Evdə Hallovin bayramını qeyd edib


Birləşmiş Ştatlar prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp bazar ertəsi axşam Ağ Evin həyətində Hallovin kostyumları geymiş xüsusi qonaqları salamlayıb.

Cənab Tramp Vaşinqton bölgəsindən Ağ Evə toplaşan məktəblilər və hərbçilərin uşaqlarına şirniyyat paylayıb.

Mərasimdə mətbuat katibi Sara Hakebi Sanders və ölkənin baş prokuroru Ceff Seşşins da iştirak edib.

Ağ Ev hörümçək torları, yarasa və üzərlərində sabiq prezidentlərin şəkilləri olan balqabaqlarla bəzədilib.


Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG